Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2018
16:04
699
Azərbaycana gələn turistlərin sayı artıb

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana dünyanın 195 ölkəsindən 2633,5 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, gələnlərin 31,1 faizi Rusiya, 20,9 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,6 faizi İran, 3,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,7 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2,0 faizi Ukrayna, 1,5 faizi İsrail, 17,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 65,7 faizini kişilər, 34,3 faizini isə qadınlar təşkil edib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 7,1 faizi yanvar, 6,4 faizi fevral, 10,5 faizi mart, 8,3 faizi aprel, 7,9 faizi may, 10,2 faizi iyun, 12,5 faizi iyul, 12,2 faizi avqust, 8,8 faizi sentyabr, 8,0 faizi oktyabr, 8,1 faizi isə noyabr ayında ölkəyə gəlib.

Cari ilin yanvar-noyabr aylarında Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.

Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,1 dəfə, Küveyt vətəndaşlarının sayı 1,9 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 10,4 faiz, Oman vətəndaşlarının sayı 8,5 faiz artmışdır. İrandan gələnlərin sayında 33,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 6,5 faiz azalma müşahidə edilib. Ümumilikdə Körfəz ölkələrindən 518,1 min nəfər gəlib və ölkəmizə gələnlərin demək olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olub.

2018-ci ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,1 faiz artaraq 106,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 971,3 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 57,1 faizi dəmir yolu və avtomobil, 41,9 faizi hava, 1,0 faizi isə su nəqliyyatından istifadə edib.

Məqalədə : turist 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
68

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
168

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
115

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
148

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
113
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 16:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru