- Aktual mövzular :
- Azərbaycan
- Rusiya
- Qarabağ
- Venesuela
Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

“Kaspersky Lab” şirkəti Azərbaycanın internet istifadəçiləri arasında hansı sosial şəbəkələrin populyar olduğunu və istifadəçilərin hesabların sındırılması ilə nə qədər rastlaşdığını müəyyən edib.
FaktXəbər bildirir ki, şirkət tərəfindən 2018-ci ildə keçirilən araşdırmanın nəticələrinə görə, Azərbaycanda internet istifadəçilərinin 97%-i müntəzəm olaraq “YouTube”a daxil olur. İstifadəçilər arasında daha sonra populyarlığına görə “Instagram” (84%), “Facebook” (81%), “Mail.ru” (52%), “Google+” (48%), “Vkontakte” (24%), “LinkedIn” (20%), “Twitter” (19%) və “Odnoklassniki.ru” (14%) şəbəkələri yer alıb.
Messencer xidmətlərinə gəldikdə isə Azərbaycan istifadəçiləri arasında daha çox “WhatsApp” (97%) populyardır. Daha sonra “Facebook Messenger” (73%), “Skype” (53%), “Agent Mail.ru” (25%), “Viber” (20%), “Twitter” (19%), “Vkontakte” (19%) və “Telegram” (16%) gəlir. Maraqlısı odur ki, sorğu istifadəçilərinin 74%-i yazışma üçün ənənəvi olaraq SMS-i seçir.
Təəccüblü deyil ki, internetdə bu cür fəallıq nəticəsində bəzi istifadəçilər kibertəhdidlərdən əziyyət çəkir. “Kaspersky Lab” müəyyən edib ki, təxminən hər onuncu istifadəçi hesabların sındırılması ilə qarşılaşıb. Bununla belə, əksər hallarda (78%) cinayətkarlar hesabları sosial şəbəkələrdə sındırıb.
“İndiki dövrdə kibertəhdidlərin müxtəlifliyini saymaq mümkün deyil. Cinayətkarlar hücumlar üçün müxtəlif alətlər yaradır, onlardan istifadə edir, funksionallığını daim dəyişir və genişləndirirlər ki, bu da onlara istifadəçilərin məxfi məlumatlarını daha tez əldə etməyə imkan verir. Kibercinayətkarların zərərli proqramlarından və fırıldaqçı tələlərindən həm sıravi istifadəçilər, həm də böyük şirkətlər ziyan çəkir. Məhz buna görə bu gün məlumatların və qurğuların qorunması həm zəruridir, həm də rəqəmsal aləmdə yaşamağın baza qaydasıdır”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşfiq Məmmədov bildirib.
Araşdırma onu da göstərib ki, sorğuda iştirak edənlərin 42%-i kibertəhlükəsizlik haqqında yalnız ümumi, 32%-i isə məhdud biliyə malikdir, halbuki respondetlərin 16%-i kibertəhdidlərdən qorunmaq üçün kifayət qədər məlumatlıdır.
Tədqiqat “Kaspersky Lab”ın sifarişi ilə 2018-ci ilin oktyabr ayında ERA şirkəti tərəfindən keçirilib. Fərdi müsahibələr çərçivəsində Azərbaycanda yaşı 18-dən 65-dək olan 300 aktiv internet istifadəçisi sorğuda iştirak edib.
- 14-01-2019 15:11 "Azərişıq"dan "Bakı Metropoliteni"nə transfer olub
- 11-01-2019 14:11 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 28-12-2018 14:19 Yanvar ayına olan hava proqnozu açıqlanıb
- 26-12-2018 20:02 “Azərpoçt”un mənfəəti kəskin azalıb
- 25-12-2018 22:48 MTN-in sabiq əməkdaşını qadına görə öldürdülər
- 25-12-2018 21:45 Komitə sədri: Boşanmalar iki dəfə çoxalıb
- 19-12-2018 14:27 Azərbaycanda hansı sosial şəbəkələr populyardır?
- 17-12-2018 15:45 AMEA: Azərbaycanda dronlarla bağlı qanun qəbul edilməlidir
- 10-12-2018 14:36 "Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb
- 08-12-2018 15:32 Azərbaycan yığmasının bütün məşqçiləri istefaya göndərildi
- 07-12-2018 15:50 Bakıda bağban həyətdən ağ civə və qumbara tapdı
- 06-12-2018 14:57 15 il sonra qardaşının şəhid statusu ləğv edildi - FOTO
- 06-12-2018 08:38 Abşeronda 20-dən çox mənzili qarət edən şəxs yaxalanıb
- 21-11-2018 14:46 İrəvanda kişi özünu Rusiya səfirliyinin qarşısında yandırmaq istədi
- 15-11-2018 12:39 N.Sadıkov hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib -VİDEO
- 14-11-2018 14:44 Əhali qazandığı pulu hara xərcləyir - SİYAHI
- 05-11-2018 15:50 Oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı
- 02-11-2018 10:45 “Qalatasaray” “Fənərbaxça”ya qarşı - Derbiyə saatlar qaldı
- 26-10-2018 14:58 14 yaşlı 1-ci sinif şagirdi əsgərliyə nə vaxt getməlidir?
- 26-10-2018 13:05 DİM imtahanına nəzarətçilərin sertifikatlaşdırılma qaydaları
- 24-10-2018 12:45 3 il öncə Suriyada girov götürülən yapon jurnalist sərbəst buraxılıb
- 24-10-2018 12:08 "Silah anbarı" aşkarlanan məktəbin direktoru: "Onları tonqala da atsan, partlamaz"
- 24-10-2018 10:12 Mikayıl Müşfiqi güllələyən NKVD cəlladı boş gilizləri evində saxlayırmış...
- 19-10-2018 14:40 Səudiyyə Ərəbistanın Baş konsulu Tükiyəyə qayıtmaq üçün təyyarəyə minmədi
- 18-10-2018 10:07 Hindistanda qasırğa nəticəsində 57 nəfər həlak olub-VİDEO