Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2018
10:59
`Lenovo` dünyada ilk 12 GB yaddaşlı smartfon təqdim edib - VİDEO

“Lenovo” şirkəti “Lenovo Z5 Pro” smartfon-slayderinin yeni versiyasını təqdim edib. Orta sinfə aid orijinal modeldən fərqli olaraq “Lenovo Z5 Pro GT” versiyası güclü proqram təminatına malikdir.

“Lenovo Z5 Pro GT” dünyada ilk dəfə 12 giqabaytlıq operativ yaddaş və ən yeni “Snapdragon 855” prosessoru ilə təchiz edilib. Arxa panel karbon lifindən istifadə olunmaqla hazırlanıb.

Məlumata görə, qurğunun digər xüsusiyyətləri dəyişməz qalıb. Ekran aşağıya çəkilib salınaraq ön kameradan istifadəyə imkan yaradır. Smartfon ön panelin 95,06 faizini əhatə edən “Full HD+” (2340 х 1080 piksel) təsvir ölçülü 6,39 düym diaqonallı “Super AMOLED” ekran, 24+16 meqapikselli qoşa əsas kamera, 16+8 meqapikselli qoşa ön kamera ilə təchiz olunub. Barmaq izi skaneri ekranın altında quraşdırılıb.

Akkumulyator tutumu 3350 milliamper/saat təşkil edir. Bundan başqa, iki SİM kart və “4G VoLTE”, “Wi-Fi” (802.11ac), “Bluetooth 5”, “GPS+GLONASS”, “NFC” modemləri dəstəklənir, eləcə də “USB Type-C” çıxışı quraşdırılıb.

2019-cu ilin yanvarında Çin bazarında satışa çıxarılacaq “Lenovo Z5 Pro GT” smartfonunun qiyməti yaddaş tutumuna görə dəyişir (6+128 giqabayt 391 dollar, 8+128 giqabayt 434 dollar, 8+256 giqabayt 492 dollar və 12+512 giqabayt 635 dollar təşkil edir).  

Məqalədə : Lenovo 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Qusarda hasar uşaqların üstünə aşıb

31

May
11:51
HÜQUQ,HADİSƏ
501

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
267
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 14:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru