Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Dekabr

2018
10:07
377
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

“Hava şəraitini nəzərə alaraq, hərəkət iştirakçıları – piyada və sürücülər yollarda diqqətli olmaqla yanaşı, həssas olmalıdır. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, səhər havanın gec işıqlanması və axşam tez qaralması hərəkət iştirakçılarının görmə qabilliyyətini məhdudlaşdırır. Bütün bunları nəzərə alaraq, hər birimiz yollarda məsuliyyətli olmaqla ictimai təhlükəsizliyin etibarlı olmasına çalışmalıyıq. Hava şəraiti ilə bağlı avtomobil şinlərinin yola sürtünmə vəziyyəti həssas olduğundan, istənilən anda avtomobilin dayanma vəziyyəti adi normadan fərqli olur. Yəni, sürtünmə qüvvəsinin tarazlığının pozulmasından asılı olaraq, qəza şəraitinin yaranması qaçılmaz olur. Avtomobilləri “sürət həddi 60” - deyib idarə etmək qanunla nə qədər mümkundursə, şəraitə uyğun olaraq nəqliyyat vasitələrinin idarə edilməsi daha məqsədəuyğun hesab edilir”.

Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, sürücünün gözünün görmə zonası nəzərə alınmalı – yolda məsafəni nə qədər görürsə, avtomobil o sürətlə idarə etməlidir: “Hər bir sürücü hava şəraitindən asılı olaraq, avtomobilin işıq fanarlarının maksimal və minimal işıqlanma məsafəsinə, vaxtında avtomobilin məcburi dayanmasını müəyyən edən xüsusi nişanların tələblərinə əməl etməlidir. Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması ilə bağlı aparılan təhlil və ekspertizalar göstərir ki, hərəkət iştirakçıları digər hərəkət iştirakçısının məsuliyyətinə arxayınlaşaraq hərəkət edir. “Piyadayamsa, sürücü yol verməlidir”, “piyada qəfil çıxdı, görmədim”, -deyib özünə “haqq” qazandıranlar bilsin və yalnız bundan arxayın olsun ki, hər bir insan öz təhlükəsizliyinə həssas yanaşmalı, yollarda intizamlı olmalıdır”.

V.Əsədov vurğulayıb ki, yollarda davranış mədəniyyəti həddindən artıq fərdi məsələdir: “Ona görə də hər bir insan ölümlə, xəsarətlə, maddi ziyanla, piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrin iştirakçısına çevrilməmək üçün qaydlara, yol polisinin tələblərinə əməl etməlidir”.

Məqalədə : DYP sürücü 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
591

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
429

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
444

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
491

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
520

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
494

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1092

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
890
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 08:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru