Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2018
19:07
Müdafiə Nazirliyinin rəhbər heyətinin toplanışı keçirilib - FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən, Nazirliyin bütün rəhbər heyətinin iştirakı ilə toplanış keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri və qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Toplanışa qatılan heyət Təlim-Tədris Mərkəzində və çöl-səhra şəraitində təşkil olunan təlim nöqtələrində nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.

Şəxsi heyətin fiziki və sıra hazırlığı yoxlanılıb, iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul edilib.

Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində atıcı silahlardan atışlar icra olunub.

Məqalədə : Müdafiə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
468

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
325

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
445

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
457
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-04-2021 21:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru