Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2018
16:56
Şəhid vərəsəsini polis idarəsinə çağırıblar

Şəhid ailələrindən olan Sevinc Quluzadəni Sabunçu Rayon Polis İdarəsinə çağırıblar.

O, bu barədə Meydan TV-yə danışıb.

Sevinc Quluzadə bildirib ki, ona dekabrın 18-də zəng ediblər:

“Təcili Sabunçu rayon Polis İdarəsinə dəvət etdilər. İdarədə məni rəis müavini qəbul etdi. Soruşdum ki, mən qanpulu ilə bağlı məhkəməyə müraciət etmişəm, siz məni niyə ikinci dəfədir bura çağırırsınız? O dedi ki, siz cinayət etməmisiniz, sadəcə söhbətə çağırmışıq. Mənə dedi, sizdən istifadə edirlər. Vəkillərinizlə görüşün, problemi onların vasitəsi ilə həll etməyə çalışın”.

Prezident İlham Əliyev dekabrın 17-də Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində şəhid ailələrinə 11 min manat pulun verilməsi barədə Fərman barədə danışıb. 

Dövlət başçısı deyib ki, təqribən, 10 minə yaxın ailə dövlət tərəfindən pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir.

“Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır”.

İlham Əliyev xatırladıb ki, aprel ayında növbədənkənar prezident seçkilərindən sonra imzaladığı birinci Fərman şəhidlərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub.

“Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır”.

Prezident İlham Əliyev aprelin 19-da “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi hazırlansa da, indiyə qədər bir çox şəhid ailəsi müavinətlərini ala bilmədiklərini deyirlər.

Məqalədə : Şəhid vərəsəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47209

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45425

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47020

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46620

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52191

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46317

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46741
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2020 00:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru