Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2018
12:54
778
`Heç siqaret də çəkmirəm, bu nə sözdü mənə deyirlər?`

“Mətbuat Şurası haqqında” qanunun qəbul olunması vacibdir. Təhqir səsləndirənlərin yeri gələndə cəzalandırıması məsələsinə baxılmalıdıır. Eyni zamanda bu məsələ “Teleradio Şurası haqqında” qanuna da aiddir.  Heç biz görmürük ki, bir neçə günlüyünə də olsa, hansısa televiziya verilişi dayandırılsın. Bizdə ciddi jurnalistlər var. Uzun müddət tanıdıqlarım da var.  Onlar işlərinə vicdanla yanaşırlar”.

Bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.

O bildirib ki, Azərbaycan televiziyasında parlamentin komitə sədrlərindən biri “Facebook” şəbəkəsindəki iyrəncliklərdən haqlı olaraq bəhs edib.

“Sanki  bizim mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini  uşaqlıqdan öldürməklə məşğuldur. Bunlar azmış kimi, dövlətin parlamentini gözdən salırlar. Sosial şəbəkələrə informasiya yemi lazımdır. Sözləri dəyişirlər, kontekstdən çıxarırlar, ağızlarına gələni deyirlər. İstənilən səviyyədə dövlət məmurunu təhqir edirlər. Ona görə də  qanunda  bu məsələyə  baxmaq lazımdır. Adamı abırsız bir vəziyyətə salırlar”-deyə Tahir Kərimli qeyd edib.

O daha sonra bildirib: “Ailə  tərbiyəsi görmüşük. 50-60 il yaşamışıq. Uşaqlıqdan bizi valideynlərimiz küçəyə buraxmayıb ki, o sözləri eşidək. Bizi açıq təhqir edirlər, biabır edirlər.  Hər birimizin təhqir olunması parlamentin nüfuzunun aşağı salınması deməkdir. Prezidentin köməkçisi Əli Həsənov da öz müsahibəsinə bu məsələyə toxunub. Deyirlər ki, “Tahir Kərimli damarının dozası yüksək oldu”. Heç mən siqaret də çəkmirəm, bu nə sözdü mənə deyirlər?”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Tahir Kərimli 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 09:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com