Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

17 Dekabr

2018
16:57
669
ETSN qanunsuz ov əti alan restoranlara ciddi xəbərdarlıq etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov ətlərinin qəbulu ilə bağlı restoranlara ciddi xəbərdarlıq edib.

Bunu özəl olaraq Trend-ə Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Departament rəhbəri bildirib ki, ölkə ərazisində qanunsuz ov edilməsi sonda həmin heyvanın ətinin hansısa restoranlara satılması ilə nəticələnir: "Çünki bu gün Azərbaycanda əhalinin sosial rifahı o qədər aşağı deyil ki, kimsə həyatını təmin etmək üçün qadağan olunmuş heyvanları ovlasın. Əksər hallarda "Qırmızı kitab"a düşən nadir heyvanları ona görə ovlayırlar ki, restoranlara təhvil versinlər. Buna görə də biz artıq restoranlara xəbərdarlıq edirik və onları ov heyvanlarının ətlərini almamağa çağırırıq. Dünən biz maralın qanunsuz ovlanması ilə bağlı məlumat yaymışdıq. Bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumat vermişik və artıq şübhəli şəxslər də müəyyən edilib, onların saxlanılması ilə bağlı təbdirlər görülür. Həmin şəxslər azadlıqdan məhrum ediləcək və ya külli miqdarda cərimə ediləcək. Qanunvericiliyə görə, həmin şəxsləri 2 il müddətinə həbs gözləyir. Kiçik bir gəlirə görə həmin şəxslər həbs ediləcək".

H.Əlizadə deyib ki, bu cür hallar həmçinin restoran müştərilərinin də həyatını təhlükəyə atır: "Çünki həmin ov heyvanları baytar nəzarətindən keçirilmədən restoranlara verilir. Həmin heyvanlarda müxtəlif xəstəliklərvola bilər və o ətlər yoxlanılmadan müştərilərə verilir. Bu da insanların həyatını risk qarşısında qoyur. Çünki təbiaətdə olan heyvan hansısa bir xəstəliyin daşıyıcısı ola bilər".

Departament rəhbəri bildirib ki, Ekologiya və Təbii Sərvərlər Nazirliyi bu cür halların qarşısını almaq üçün bütün lazımi tədbirləri həyata keçirəcək ki, həmin restoranlar bu cür ov ətlərini almasın: "Bu prosesdə ən yüksək cərimələr tətbiq ediləcək və hətta ov əti alan restoranların fəaliyyətinin şübhə altına alnması ilə bağlı tədbirlər görüləcək. Eyni zamanda həmin restoranlar və qanunsuz ov edənlər ictimaiyyət üçün böyük bir qınaq obyektinə çevriləcək. Bunun üçün kütləvi informasiya vasitələrinin də köməyinə ehtiyacımız var. Ola bilər ki, ov əti verən restoranlarda monitorinqlər də keçirilsin".

Məqalədə : ETSN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

23

Aprel
09:56
HÜQUQ,HADİSƏ
53

Xarici valyutaların manata qarşı məzənnələri

23

Aprel
09:24
İQTİSADİYYAT
51

3 aya Bakıda 14 cinayətkar qrup ifşa olunub

22

Aprel
19:57
HÜQUQ,HADİSƏ
660

Aprelin 23-nə manatın məzənnəsi

22

Aprel
19:44
İQTİSADİYYAT
84

Azərbaycan İranda 4 terminal inşa edəcək

22

Aprel
19:39
İQTİSADİYYAT
109

51 icra məmuru vəzifəsindən azad olunub

22

Aprel
19:07
HÜQUQ,HADİSƏ
104

Limonun çəyirdəyi lətindən daha faydalı imiş

22

Aprel
16:56
AİLƏ, SAĞLAMLIQ
221

Sabirabadda yeni doğulan əkiz uşaqlar ölüb

22

Aprel
16:53
HÜQUQ,HADİSƏ
89
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 09:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru