Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2018
15:42
DİM yeni təhsil proqramları üzrə hazırlıq kursları təşkil edib

Dövlət İmtahan Mərkəzi (DİM) Göyçay şəhərindəki 2 nömrəli tam orta məktəbdə Azərbaycan dili, riyaziyyat, tarix, ingilis dili və biologiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.

DİM-dən FaktXeber.com-a bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və magistrləri iştirak ediblər.

DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verib.

Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, riyaziyyat fənni üzrə Samir Hüseynli, ingilis dili fənni üzrə Şəhla Musayeva, biologiya fənni üzrə Eynulla Musayev, tarix fənni üzrə Hafiz Cabbarov müvafiq fənn kurikulumu və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, yeni tipli qiymətləndirmə vasitələrinin formaları, məzmunu və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar ediblər.

Sonuncu mərhələdə kurs iştirakçıları kalibrləmə prosesindən keçiblər. Müdavimlərə sertifikatlar veriləcək.

Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasında (marker kimi) DİM-lə əməkdaşlıq edə bilərlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
278

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
292

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
533
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 04:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru