Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Bir daha göstərmə!
Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

17 Dekabr

2018
15:05
695
MŞ: Azərbaycanda istənilən yazçının əsərində vergül səhvi var - FOTO

Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycanın media məkanında ədəbi dilin qrammatikasına dəstək" lahiyəsi çərçivəsində keçirilən "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib.

FaktXəbər-in məlumatına görə, tədbiri Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov açaraq, dəyirmi masa iştirakçılarına Azərbaycan dilinin inkişaf mərhəsindən, kamil qrammatik quruluşundan, zəngin söz fondu və geniş ifadə imkanlarından danışaraq mətbuatda dilimizin imkanlarından istifadədə müəyyən nöqsanlara yol verildiyini vurğulayıb.

Azərbaycan Mətbuat Şurasının dil üzrə monitorinq qrupunun rəhbəri İlham Abbasov çıxışı zamanı bildirb ki, mətbuatda leksik pozuntular xeyli azalıb, amma qrammatik və üslubi pozuntular hələ də qalır:

"Mətbuatda şifahi nitqdə və yazıda Azərbaycan dilinin istifadəsi zamanı bir çox anlaşılmaz ifadələr müşahidə olunur. Biz Azərbaycan dilində mövcud olan anlayışların ingilis variantını istifadə edirik. Bəzi qurumların qısaltmaları, abreviaturalarının Azərbaycan variantı deyil, ingilis dilində olan variantı istifadə edilir. Məsələn, UNEC və s. Son dövrlərdə İqtisadiyyat Universiteti israrla tələb edir ki, mətbuat ali məktəbin adınının abreviaturasının məhz ingilis dilində olan formasını yazsın. Bu doğru deyil. Onu da qeyd edim ki, Azərbaycanda istənilən yazçının əsərində vergül səhvi var."

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu çıxışında qeyd edib ki,  Nəsimi adına Dilçilik İnstitutunda ədəbi dil normalarının pozulmasına görə cəzaların icrası üçün tədbirlər planı hazırlanır.

Daha sonra söz filoloqiya üzrə elmlər doktoru Bəhram Məmmədova verildi. Natiq elektron mətbuatda, qəzet səhifələrində buraxılan səhvlərin əsasən tərcümə səbəbindən olduğunu bildirdi: "Jurnalistlərimiz xarici saytlardan dərc edilən xəbərləri oxucularımız üçün doğru-düzgün tərcümə edə bilmirlər. Digər problem tanınmış ziyalılardan, ictimai siyasi xadimlərdən alınan müsahibələrlə bağlıdır. Müsahibəni çapa hazırlayan jurnalist şifahi nitqlə, yazılı nitq arasında sərhədi müəyyənləşdirə bilmir".

Bəhrəm Məmmədov reportaj hazırlayan jurnalistlərin məsələnin mahiyyətindən xəbərsiz olduqlarından da şikayətləndi. Azərbaycan dilinin orta məktəb səviyyəsində mənimsənilməməsini ciddi qüsur kimi qiymətləndirdi. 

Elmlər doktoru  "Şərq", "Təzadlar", "Yeni Müsavat və digər qəzət səhifələrində yol verilən dil nöqsanlarından misal çəkərək, Azərbaycan dilinin orfoqrafiya, cümlə quruluşu, leksik şəkilçilərinin yalnış istifadəsindən şikayətləndi. 

"Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi"nin digər əməkdaşı İlkin Əsgərov da mətbuat səhifələrində apardığı araşdırmanın nəticələrinin tədbir iştirakçılarına təqdim etdi. Monitorinq mərkəzinin üzvü durğu işarələrinin, yersiz alınma sözlərin, hal şəkilçilərinin düzgün işlədilməməsi, cümlədə söz sırasının pozulması, üslüb və ifadə pozuntularını monitor vasitəsiylə əyani nümayiş etdirərək iradlarını bildirdi, qramatik qaydları əyani izah etdi. 

Tədbir millət vəkillərinin, qəzet redaktorlarının, dilçi alimlərin çıxışları ilə davam etdirildi. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Heydər Əliyev prospektində zəncirvari qəza - FOTO

23

Aprel
11:47
HÜQUQ,HADİSƏ
568

Bakıda 19 yaşlı qız itkin düşüb

23

Aprel
11:36
HÜQUQ,HADİSƏ
73
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2019 14:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru