Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2018
12:12
543
Suriya Ankaranı İdlib sazişini yerinə yetirməməkdə ittiham edib

Suriyanın İdlib əyalətinin qubernatoru vəzifəsini icra edən Muhəmməd Fadi Saun Türkiyəni Soçidə əldə olunan müqaviləyə əsasən öz öhdəliklərini yerinə yetirməmədə ittiham edib.

İdlib əyalətində demilitarizasiya zonasının yaranması barədə saziş sentyabr ayında Rusiya və Türkiyə arasında əldə olunmuşdu. Şərtə əsasən, oktyabrın ortalarına kimi silahlı qruplaşmalar və Suriya ordusu sözügedən ərazidən ağır silahlandırmanı çıxarmalı idi, bundan sonra təmas xəttində və Hələb-Ləzkiya, Hələb-Həma açıq trasında Rusiya Türkiyə birgə patrul keçməli idi.

Sadun bildirib ki, Türkiyə tərəfi silahlandırmanı demilitarizasiya zonasından çıxarılması məsələsində öz öhdəliyini yerinə yetirmir: "Bildiyimiz qədəri ilə onlar təsir göstərə bilərlər, lakin müqavilənin reallaşdırılması üçün kifayət qədər tədbir görmürlər. Dekabrın 13-14-də obyektlərin hökumətə təhvil verilməsi və ərazinin patrulu başlamalı idi. Lakin bir aydan artıq vaxt keçməsinə baxmayaraq, biz görürük ki, Türkiyə tərəfi heç bir öhdəliyini yerinə yetirməyib. Əksinə informasiya var ki, silahlandırmanın bir hissəsi demilitarizasiya zonasına gətirilib".

Müsahib xatırladıb ki, sazişə əsasən, silah demilitarizasiya zonasından çıxarılmalı və hökumətə təhvil verilməli idi: "Lakin sazişin şərtələri yerinə yetirilməyib. Vizual olaraq silahın bir hissəsinin yeri dəyişib. Lakin faktiki olaraq Suriya ordusunun mövqelərinə hücumlar həyata keçirilir, minaatanlar və raketlərdən atışlar həyata keçirilir. Suriya Ordusu atəşin mənbəyinə cavab vermək məcburiyyətində qalır".

Məqalədə : İdlib 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda DƏHŞƏTLİ QƏTLLƏR

20

May
10:07
HÜQUQ,HADİSƏ
79

Azərbaycan nefti ucuzlaşıb

20

May
09:59
İQTİSADİYYAT
41

DİM bakalavrlara müraciət edib

20

May
09:55
ELM / TƏHSİL
41

Xarici valyutaların manata qarşı məzənnələri

20

May
09:42
İQTİSADİYYAT
1148

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1360
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 10:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru