Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

17 Dekabr

2018
10:40
507
Səudiyyə ABŞ-ın Bin Salmana qarşı ittihamlarını ölkənin daxili işlərinə qarışmaq adlandırıb

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın  jurnalist Camal Kaşıkçının qətlində məsul olması ilə əlaqədar ABŞ Senatının qəbul etdiyi qətnaməni Ər-Riyad rədd edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə SPA Krallıq XİN-ə istinadla bildirib.

Bildirilir ki, Krallıq vəliəhd şahzadənin ünvanına səsləndirilən ittiamları rədd edib və senatların bəyanatını ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib.

Krallıq Birləşmiş Ştatlarla əlaqələrin inkişafına öz sadiqliklərini vurğulasalar da, Amerika Senatının mövqeyindən narahatlıqlarını bildiriblər.

Qeyd edək ki, ABŞ senatı Səudiyyə şahzadəsinin Kaşıkçının qətlində əlaqəsi olduğu barədə qətnamə qəbul edib.

Məhəmməd bin Salman başda olmaqla cinayətdə əli olan bütün günahkarların cəzalandırılması barədə tələbin olduğu sənəd Senatda yekdilliklə qəbul olunub.

«Bu qətnamə heç bir söz oyunu olmadan müəyyənləşdirir ki, vəliəhd şahzadənin Kaşıkçının qətlində əli olub və o, regionda Birləşmiş Ştatların bir sıra istiqamətlərdə milli təhlükəsizliklə bağlı maraqlarını pozan dağıdıcı qüvvədir», deyə senator Lindsi Qrem bəyan edib.

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbulldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Həmin vaxt onun nişanlısı binanın yaxınlığında 11 saat gözləyib. Konsulluq isə Kaşıkçının orda az müddət olduğunu bildirib.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də  Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

Əl-Cəzirə jurnalistin Baş Konsulluğa girdikdən 7 dəqiqə sonra öldürüldüyünü bildirib.

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı  jurnalist Camal Kaşıkçının  İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi. 

Qətərin "Al-Jazeera" telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqcinin son sözlərini yayıb. Onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib. Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir.

"Mən boğuluram…Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib.

Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir. 

59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.

Jurnalist 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk etmişdi.

Türkiyə Baş Prokurorluğu Kaşıkçının qətli ilə bağlı Səudiyyə Ərəbistanının iki yüksəkçinli dövlət rəsmisi barəsində həbs qərarı çıxıb. Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu Səudiyyənin Kəşfiyyat İdarəsinin rəhbər müavini Əhməd Əsiri və şahzadə bin Salmanın keçmiş müşaviri Səud əl-Kəhtani barəsində həbs qərarı verib. Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl-Cübeyr isə Ankaranın ekstradisiya barədə sorğusuna baxmayaraq müxalif jurnalist Camal Kaşıkçını (Xaşuqi) qətlə yetirməkdə şübhəli bilinənələri verməyəcəklərini bildirib.

Məqalədə : Kaşıkçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
166

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
54
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 22:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru