Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Dekabr

2018
10:36
495
Bu il Azərbaycan elektrik enerjisi ixracından 65 mln. dollar qazanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 64 968,42 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

Dövlət Gömrük Komitəsindən verilıən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23 747,57 min dollar və yaxud 57,61% çoxdur.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 380 154,32 min. kVt/saat elektrik enerjisi satılıb. Bu da 2017-cı ilin 11 ayına nisbətən 444 748,31 min. kVt/saat və yaxud 47,55% çoxdur.

Qeyd edilən dövrdə ixrac edilən elektrik enerjisinin hər kVt/saatı 0,047 dollar yaxud 0,0799 (AMB-nin rəsmi məzənnəsinə görə 1 ABŞ dolları 1,7 Azərbaycan manatına bərabərdir) manat olub.

Yanvar-noyabr aylarında elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,42%-ni təşkil edib.

Xatırladaq ki, Azərbaycanın ən əsas elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : elektrik enerjisi 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2019 01:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com