Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

17 Dekabr

2018
09:44
508
Kaşıkçı cinayətinin təşkilatçılarından biri əfv edilib

Səudiyyə Ərəbistanında sosial şəbəkə aktivistləri müxalif jurnalist  Camal Kaşıkçının (Xaşuqi) qətlinin təşkilatçılarından olan Sarayın sabiq müşavirinin əvf edildiyi barədə məlumat verib. FaktXeber.com-un məlumatına görə, «Mücahid» adlı Tvitter istifadəçisi özünün sonna paylaşımışdan bəyan edib.

O bildirib ki, Kaşıkçının  İstanbulda Səudiyyə Konsulluğunda qətlinin təşkilatçısı olan Səud Əl Kaxtani Səudiyyə kralı  Salman bin Əbdül Əziz əfv edib: «Əl-Kaxtanı azadlıqdadır və maneəsiz öz işləri ilə məşğuldur, hətta Tvitterdə bir neçə akkaunta sahibdir»

Yeri gəlmişkən xatırladaq ki, Türkiyə Prokurorluğu Səud əl-Kaxtaninin həbsi ilə əlaqədar order verib. Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl-Cübeyr, Ankaranın ekstradisiya barədə sorğusuna baxmayaraq müxalif jurnalist Camal Kaşıkçını (Xaşuqi) qətlə yetirməkdə şübhəli bilinənələri verməyəcəklərini bildirib.

Əl-Kaxtanı bundan əvvəl formal jestdə Səudiyyə hökuməti tərəfindən Kral Sarayının müşaviri  vəzifəsindən uzaqlaşdırılmışdı.

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbulldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Həmin vaxt onun nişanlısı binanın yaxınlığında 11 saat gözləyib. Konsulluq isə Kaşıkçının orda az müddət olduğunu bildirib.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də  Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

Əl-Cəzirə jurnalistin Baş Konsulluğa girdikdən 7 dəqiqə sonra öldürüldüyünü bildirib.

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı  jurnalist Camal Kaşıkçının  İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi. Dövlət televiziyası ilə çıxış edən prokuror bəyan etdi ki, jurnalist səfirlikdə rast gəldiyi insanlarla münaqişə nəticəsində öldürülüb. Bu insanların kim olduğu isə açıqlanmır. Prokurorun sözlərinə görə, onlarla Kaşıkçı arasında düşən mübahisə davaya çevrilib, nəticədə jurnalist öldürülüb.

Qətərin "Al-Jazeera" telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqcinin son sözlərini yayıb. Onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib. Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir.

"Mən boğuluram…Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib.

Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir. O əlavə edib ki, "Daily Sabah" qəzeti tezliklə Xaşuqcinin həyatının son dəqiqələrinin audioyazısının bir hissəsini dərc edəcək.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Xaşoqcinin qatillərinin Səudiyyə Ərəbistanında həbs olunan 18 nəfər arasında olduğunu bildirib.

59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.

Jurnalist 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk etmişdi.


Məqalədə : Kaşıkçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
167

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
54
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 22:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru