Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Dekabr

2018
13:21
Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub

Dekabrın 16-da Telavi şəhərində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olacaq. Gürcüstan müxalifəti isə Telavidə dinc aksiya keçirməyi planlaşdırır.

FaktXəbər-in Azərtac-ın yerli bürosuna istinadən məlumatına görə, dekabrın 16-da səhər saatlarından başlayaraq müxalifət nümayəndələri minik avtomobilləri və mikroavtobuslarla Tbilisidən Telaviyə doğru hərəkətə başlayıblar. Yol boyu 500-ə yaxın maşın karvanı qeydə alınıb. Avtomobillərin əksəriyyətinin üzərində “Salome yox” şüarı və Gürcüstan bayrağı var. Polis yolboyu bir neçə dəfə müxalifət nümayəndələrindən qayıtmağı tələb edib. Lakin müxalifət nümayəndələri onların tələbinə məhəl qoymayıb. Telavi şəhərinə 10 kilometr qalmış Axaşeni kəndində polis iri avtobuslarla yolu bağlayıb və müxalifət nümayəndələrini şəhərə buraxmayıb.

Polislə müxalifət nümayəndələri arasında qarşıdurma yaranıb, bir neçə polis əməkdaşı və aksiya iştirakçısı xəsarət alıb.

Müxalifətin prezidentliyə namizədi, Qriqol Vaşadze də aksiyada iştirak edib.

Məqalədə : Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42666

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41020

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42553

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42069

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47572

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41995

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42386
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2020 08:48





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru