Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Dekabr

2018
16:21
1324
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ

“Azərbaycanda çox illik məlumatların təhlili göstərir ki, havanın minimal temperaturu dekabr ayında son onilliklərdə 1961-1990-cı illərlə müqayisədə 0,4 dərəcə azalıb, yanvar ayında 0,2 dərəcə artıb, fevral ayında isə 0,1 dərəcə azalıb". 

Bu sözləri Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dekabr ayında müşahidə olunan bu azalma yalnız bir il -2002-ci ilin hesabına olub, həmin il orta aylıq temperatur normadan 5,6 dərəcə aşağı olaraq bütün müşahidə sırasına görə ən soyuq dekabr ayı kimi tarixə düşüb:

"Həmin ilin nəticəsini nəzərə almasaq, dekabr ayında ümumi tendensiya müşahidə edilir. Soyuq hava dalğalarının sayında da azalma qeydə alınır.

Qış fəsli üçün Bakı və Abşeron yarımadasında havanın orta temperaturu müsbət 3,2 dərəcədir. Ölkənin relyefi  və Xəzər dənizinin təsiri nəticəsində qış yumşaq keçir. Abşeron yarımadası üçün kəskin şaxtalar səciyyəvi deyil.

Dekabr ayının birinci yarısında havanın temperaturu norma göstəriciləri ilə müqayisədə 2-3,3 dərəcə yüksək olub. Yağıntının miqdarı isə iqlim normanın cəmi 33-48 faizini təşkil edib. 

İlkin proqnozlara görə ayın ikinci yarısında artıq hava şəraiti əlverişsiz olacaq. Ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu aşağı enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq.

Belə ki, dekabrın 16-da gündüz şimal küləyinin güclənməsi nəticəsində temperatur kəskin aşağı enərək ayın 17-də 4-6 dərəcə təşkil edəcək. Uçüncü ongünlükdə bəzi günlərdə yağıntıların intensiv olacağı ehtimal olunur.

Bizim regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacaq. Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Əlbəttə ki, qış fəsli ərzində ayrı-ayrı dövrlərdə arktik hava kütlələri də daxil olacaq, temperatur aşağı enəcək. Amma bu dövrlərin çox davamlı olması proqnozlaşdırılmır. 

Mülayim günlər soyuq və şaxtalı günlərlə müqayisədə üstünlük təşkil edəcək".

Direktor daha sonra qeyd edib ki, regionda bu ilin qış fəslində havanın temperaturu iqlim norma göstəricilərdən 0,5-1,0 dərəcə yuxarı olacaq:

"Bu, o deməkdir ki, qışın şaxtalı keçməsi ehtimalı azdır. Ancaq bu o demək deyil ki, şaxtalı günlər olmayacaq".

Məqalədə : qış 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
151

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
133

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1128

İsrail Qəzzanı bombalayıb

20

Aprel
11:00
DÜNYA
127

"Word" Azərbaycan dilində "vörd" kimi yazılacaq

20

Aprel
10:32
ELM / TƏHSİL
674

Həftəsonu Azərbaycanda qızıl-gümüş bahalaşdı

19

Aprel
22:22
İQTİSADİYYAT
701

Ən təhlükəli qidalanma qrafiki

19

Aprel
21:08
AİLƏ, SAĞLAMLIQ
264
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-04-2019 20:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru