Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2018
11:00
Rusiyada xüsusi kostyum geyinmiş adam `ən müasir robot` kimi təqdim edildi-VİDEO

Yaroslavda keçirilən Ümumrusiya "ProeKTOriYA" forumunda robot kostyumu geyinmiş animator - riyazi bilgiləri olan, yeriyə, danışa və rəqs edə bilən "Boris" robotu kimi təqdim edib. FaktXeber.com-un snob.ru-ya istinadla verdiyi məlumata görə, süjet "Vesti Yaroslavl" verilişində təqhdim olunub.

Jurnalistlər süjetin yarısını "Boris"ə həsr edərək, onu ən müasir robot adlandırıblar.

Kadrları izləyən istifadəçilər bildiriblər ki, "robotda" bir dənə belə olsa ötürücü olmayıb. Xüsusiyyətinə görə dünyanın ən müasir  robotu sayıla biləcək "Boris" barədə heç bir məlumat yoxdur. İstifadəçilər həmçinin hesab edirlər ki, robotun səsi kimi  əvvəlcədən yazılmış  audiodan istifadə olunub: çıxış zamanı mikrofon olmasa da, Borisin səsi zalın akustik sistemində eşidilib.

Sonradan müəyyən edilib ki, bu robot yox, "Robot Alyoşa" kostyumunda olan insandır. "Alyoşa"nın satıldığı şourobotı.rf saytında bildirilir ki, kostyumun  dizaynı və texniki icrası qarşınızda həqiqi robotun olduğu barədə demək olar ki, tam illüziya yaradır.

Bəzi istifadəçilər isə bildirir ki, forumda heç kim Borisin əsl robot olduğunu elan etməyib. Bu səbəbdən KİV-in forumun təşkilatçıları tərəfindən aldadıldığını demək olmaz. Çünki "Vesti"nin kadrlarında kostyumun içindəki animatorun boğazı görünür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
347

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 15:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru