Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Dekabr

2018
10:19
564
Mey Böyük Britaniyanın baş naziri olaraq qalır

Tereza Mey Böyük Britaniyanın baş naziri olaraq qalır. FaktXeber.com-un RT-yə istinadla verdiyi məlumata görə, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı (“Brexit”) etimad məsələsinə dair səsvermədə o, mühafizəkar deputatların dəstəyini alaraq, 83 səs çox toplayıb.

Belə ki, Tereza Meyə Mühafizəkarlar Partiyasından 200 deputat səs verib, 117 deputat isə əleyhinə çıxıb.

Xatırladaq ki, Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasından olan millət vəkillərinin etimad səsverməsi ilə üzləşməli olub. Hadisələrin bu inkişafı Britaniyanın Avropa İttifaqından ayrılması prosesinin Mey tərəfindən icrasından narazılıqların nəticəsidir. Nümayəndələr Palatasındakı Mühafizəkarların əksəriyyəti Meyə qarşı səs versə idi, o baş nazir vəzifəsində uzaqlaşacaqdı. Mey səsverməyə qarşı “əlində olan bütün vasitələrlə” mübarizə aparıcağına söz vermişdi: “Mühafizəkarlar Partiyasının rəhbərliyində dəyişiklik bizim ölkəmizin təhlükəsizliyini risk altına alır və bizi lazım olmayan bir vaxt qeyri-müəyyənliyə sürükləyir. Yeni lider qanunvericilikdə tələb olunan tarix – 21 yanvara qədər seçilməyə bilər. Buna görə də, rəhbərlik Brexit danışıqlarını parlamentdəki müxalifət partiyasının nəzarətinə ötürmək təhlükəsi yaradır.”

 Mey etimad səsverməsində öz xeyrinə çevirsə də, növbəti bir il ərzində yeni etimad səsverməsi keçiriləcək. 

Britaniyanın Avropa İttifaqından ayrılması 2019-ci ilin 29 mart tarixinə qədər tamamlanmalıdır. 

Məqalədə : Tereza Mey 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
372

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
463

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
510

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
988

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
600

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
578
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-09-2019 20:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru