Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2018
15:57
2014
Dubaydan gələn ər-arvadın telefon keçirtmək ssenarisi - VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində xeyli sayda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb.

FaktXəbər-ə daxil olan məlumata görə, FZ 707 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çamadanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və “Yaşıl Kanal”a doğru hərəkət edib.

Layə Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq “Qırmızı Kanal”a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan Nurlan Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib.

Gömrük əməkdaşlarının diqqətinin Nurlan Nəsibova yönəldiyini görən Layə Yaqubova “Qırmızı Kanal”a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib. Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən Layə Yaqubovanın havalimanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 6 ədəd “Samsung S9 64GB”, 1 ədəd “Samsung Note 9 128GB” , 5ədəd “İphone XS Gold 64GB”, 3 ədəd “İphone XS Space Gray 64GB” , 1 ədəd “İphone XS Gold 256GB”, 1 ədəd “İphone X Silver 64GB”, 1 ədəd “İphone XS MAX Space Gray 256GB”, 1 ədəd “İphone XS MAX Space Gray 64GB”, 1 ədəd “İphone XS MAX Gold 256GB” və 2 ədəd “İphone XS MAX Gold 64GB” markalı mobil telefonlar, əl çantasından isə 1 ədəd “Samsung S9 64GB” markalı mobil telefon aşkar olunub.

Yaqubova Layə Cümşüd qızı ilkin izahatında mobil telefonların həyat yoldaşı Nurlana məxsus olduğunu, gömrük nəzarətindən bu üsulla keçməyi də onun planlaşdırdığını bildirib.

Faktla bağlı araşdirma aparılır.

Qeyd edək ki, ərlə arvadın hazırladıqları “ssenari” kameralar vasitəsilə qeydə alınıb və həmin görüntüləri təqdim edirik:

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : baş gömrük idarəsi 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-03-2019 11:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com