Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2018
11:33
834
Rusiyanın Venesuelaya göndərdiyi təyyarələr ABŞ-ı qəzəbləndirib

Rusiya Dumasında müdafiə komitəsi sədrinin birinci müavini Aleksandr Şerin ABŞ-ın dövlət katibi Mayk Pompeoya cavab verib. FaktXəbər "RT"yə istinadən bildirir ki, Aleksandr Şerin Mayk Pompeonu qorxaqlıqda ittiham edib.

"Sadəcə Pompeo öz qorxularını səsləndirib. Onlar Polşa və Baltikyanı əraziyə xeyli RƏM sistemi və silah-sursat yerləşdirib - necə deyərlər, xain xoflu olar. Buna diqqət yetirmək lazım deyil. Sadəcə uşaq bağçasıdır. ABŞ bütün dünyanı öz bazaları ilə doldurduğu vaxtda, Rusiyanın iki təyyarəsinə belə reaksiya göstərir. Bizim ölkəmiz  Amerika ilə müqayisədə özünü çox təmkinli və soyuqqanlı aparır",-deyə Aleksandr Şerin əlavə edib.

Qeyd edək ki, 10 dekabrda Rusiyanın Hərbi Kosmik Qüvvələrinə məxsus iki ədəd "Тu-160" raketdaşıyanı, "An-124" və "İl-62" təyyarələri Venesuelanın beynəlxalq hava limanına uçuş edib. ABŞ-ın dövlət katibi Mayk Pompeo məsələyə münasibət bildirərəkən bunu dövlət əmlkaını boş yerə xərcləmək kimi qiymətləndirib.

Məqalədə : hərbi təyyarə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan kərə yağı idxalını 24% azaldıb

19

Aprel
16:18
İQTİSADİYYAT
28

Dağıstanda 70 uşaq zəhərlənib

19

Aprel
15:33
DÜNYA
395

Azərbaycan bankı holdinqin tərkibindən çıxıb

19

Aprel
14:58
İQTİSADİYYAT
360
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-04-2019 16:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru