Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2018
11:17
1641
Qarındakı piydən xilas olmağın yolu tapılıb

Alimlər bir sıra araşdırma apardıqdan sonra qarında daxili orqanların ətrafını əhatə edən viseral piydən qurtulmağın yolunu tapıblar. FaktXeber.com-un məlumatına görə, bu barədə Express xəbər verib.

Belə ki, 10 qram həll olunan sellüloz, viseral yağın səviyyəsini 5 ilə 3,7 faiz azaldır. Həll olunan sellüloz - yulaf kəpəklərdə, paxlalı bitkilərdə, noxudda, arpada, qoz-fındıqda və bəzi meyvə-tərəvəzlərdə mövcuddur. Bunların sayəsində insan özünü daha tox hiss edir, beləliklə öz iştahına daha yaxşı nəzarət edə bilir.

Mono-doymuş  yağlar (Zeytun, avakado yağlarında və bəzi fındıqkimilərdə var) də qarın sahəsində piyin azalmasına gətirir.

Kərə yağı, salo, qırmızı ətdə və quş ətində olan doymuş yağlardan çəkinmək lazımdır.

Bundan başqa araşdırmaçılar porsiyaların miqdarını azaltmağı tövsiyə edirlər. Uzun illik araşdırmadan sonra onlar belə qərara gəliblər ki, aşağı kalorili pəhrizlər də qarın bölgəsindəki yağlara təsir edir.

Viseral yağlarla mübarizədə fiziki məşqlərə də vaxt ayırmaq lazımdır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : qarın 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 09:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com