Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Dekabr

2018
09:52
Suriyada Beynəlxalq Koalisiya qurbanlarının kütləvi məzarlığı tapılıb-VİDEO

Suriyada Beynəlxalq Koalisiya qurbanlarının kütləvi məzarlığı tapılıb

Rəqqa şəhərində Suriyanın ən böyük kütləvi məzarlığı aşkarlanıb. 7 məzarlıqdan ümumilikdə şəhərin 500-dən artıq sakininin cəsədi aşkarlanıb, onların əksəriyyəti qadın və uşaqlardır.

FaktXeber.com-un Rossiya-24-ə istinadla verdiyi məlumata görə, onların hamısı ABŞ Başda olmaqla koalisiya qüvvələrinin  aviahücumlarının qurbanlarıdır.

Şəhər Şurası bəyan edib ki, daha 3 məzarlıq aşkarlanıb, orda min nəfərin cəsədinin ola biləcəyi ehtimal olunur.

Xatırladaq ki, 2017-ci ilin oktyabrın 20-də koalisiya qüvvələrinin dəstəyi ilə Suriya Demokratik Qüvvələri Rəqqa şəhərini İŞİD-dən azad etmişdi. Terrorçular şəhərdən çıxana qədər ABŞ koalisiyası hava hücumları həyata keçirmişdi. Amerika ordusunun nümayəndəsi Con Veyne Troxsel  yanvar ayında şəhərdə 30 min top atəşi atıldığını demişdi.

Rəqqa Mülki Konseyinə görə, şəhər binalarının 65 faizi məhv olub.

Rusiyanın  Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov Rəqqanın azadlığını 1945-ci ildə Drezden bombardmanı ilə eyniləşdirib. «Rəqqa 1945-ci ildə Yer üzündən silinən Drezdenin taleyini yaşayıb», - deyə o, bəyan edib. O, bir sıra Qərb mətbuatının Rəqqada həyatın bərpası üçün milyonlarla dollar və avro ayırması xəbərini şərh edərkən bunları deyib: «Barbarcasına bombardman nəticəsində İŞİD-dən «azad olunmuş» Rəqqanın dağıntıları altında minlərlə dinc sakin qalıb və belə gözlənilməz maliyyə yardımının əsas səbəbi də bu baş verənlərini izlərini silməkdir».

Qeyd edək ki, Drezdenin tarixi mərkəzi də 1945-ci ilin fevral ayında İngilis və Amerika  aviasiyası tərəfindən  tamamilə məhv edilmişdi. Azı 25 min insan həlak olmuşdu. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
5051

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
4123

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5741

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5779

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
7353

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5521
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-07-2020 00:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru