Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2018
14:50
1031
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 40-CI YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

40- DİNLƏR MÜHARİBƏ VƏ QARIŞIQLIQ YARADIR

İnsanların bir qisminin həyatda dinə lazım olan əhəmiyyəti verməməsinə səbəb kimi irəli sürdüyü digər məsələ də, "Dinlər müharibə və qarışıqlıq yaradır " iddiasıdır. Buna görə də bəzən, "mən dinlə o qədər də maraqlanmıram, amma Allaha inanıram", - deyən insanlarla qarşılaşırıq. Dinlərin yer üzündəki fəsad və qarışıqlığa səbəbi olduğu iddialarının tam mənada hadisəyə birtərəfli baxılmasından qaynaqlandığını söyləmək mümkündür.

Üç böyük din baxımından insanların bir atadan, yəni Allah tərəfindən yaradılan ilk insandan gəldiyi inancı hər kəs tərəfindən qəbul edilir. Yəni bütün dinlərin özündə insanlar qardaşdır. Müqəddəs Kitabda - İncildə müxtəlif məsələlərdə ziddiyyətli, yaxud insan tərəfindən edilən müdaxilələrə məruz qalmış hissələrin yerləşdiyi bir həqiqət olmaqla yanaşı, mövcud halı ilə İlahi göstəriş və izahları özündə əks etdirdiyi bir həqiqətdir.

Bəşəriyyət tarixi boyunca törədilən cinayətlərin, zülm və təzyiqlərin dindən qaynaqlandığının iddia edilməsi də həqiqəti əks etdirmir. Çünki bu vəziyyət dinlərin mahiyyətindən deyil, o dinə mənsubiyyəti olan insanların qüsurlarından və dini səhv anlamalarından irəli gəlir. Heç bir dini mətndə, "dağıdın", "talan edin", "fitnə-fəsad yaradın", ya da "nahaqdan öldürün" şəklində əmrlər olduğu iddia edilə bilməz.

Tarix ərzində kilsənin və ona mənsub olan bəzi din xadimlərinin qeyri-insani müxtəlif addımları sözügedən qurum və xadimlərin hamısının hər dövrdə eyni mövqe və inancda olduğunu göstərmir.

Təbii ki, bir din adamının etdiyi səhv, sadə insanların etdiklərindən daha çox diqqət çəkir. Ancaq dini, bəşəriyyət üçün əngəl kimi görən mentalitetin qəsdən hər fürsətdə dinlər və dindarlarla bağlı həqiqətdən uzaq, şişirdilmiş bir sıra ittihamlar səsləndirməyə çalışdıqları görünür.

Müqəddəs Kitabda yer alan əxlaqi prinsiplər kimi, Quran da ortaya istər fərdi, istərsə də ictimai mənada misilsiz əxlaqi sistem qoyur. Qurani-Kərim dini, əxlaqi, sosial və bəşəri ayələri ilə bütün bəşəriyyətə rəhmət və rəhbər olaraq göndərilib. Ortaya qoyulmuş dəyərləri ilə ağıl, məntiq və insan yaradılışı müdhiş ahəng təşkil edir.

Tarixdə dini və məzhəblərarası bəzi müharibə və münaqişələrin baş verdiyi həqiqətdir. Amma bəşəriyyət tarixində bir çox müharibənin dindən qaynaqlandığı və ya məzhəblərarası münaqişələrdən irəli gəldiyinin iddia edilməsi həqiqəti əks etdirmir.

Müharibənin, insan öldürməyin haram olması barədə Qurani-Kərimdə deyilir: "... Və (yadınıza salın) o zaman(ı) ki, sizdən «bir-birinizin qanını tökməyin, bir-birinizi öz evlərinizdən çıxarmayın!» (deyə) əhd-peyman aldıq. Sonra (siz öz əhd-peymanınızı) etiraf etdiniz və ona şahidsiniz. (Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah və itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla belə) onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən də elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi. Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir." ("Bəqərə" surəsi, ayə 84-85)

Daha sonra "Bəqərə" surəsinin 190-cı ayəsində buyrulur: "Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun və həddi aşmayın (döyüş zamanı şəriət və ağılın müharibə barəsindəki çərçivə və qanunlarından kənara çıxmayın, qanuni dəlil olmadan hücum etməyin, sülh müqaviləsi bağladığınız kəslərlə müharibə etməyin, zərərsiz zəifləri öldürməyin, ölülərin bədən üzvlərini kəsməyin və malları səbəbsiz tələf etməyin). Allah həddi aşanları sevmir."

Nəticə olaraq deyə bilərik ki, Allah-təala yer üzündə bir-birindən gözəl saysız-hesabsız nemət yaradıb. Yer üzünə yaydığı insan başda olmaqla bütün canlılara bu nemətlərdən ruzi verib. Allahın bütün nemət və lütfləri bir yana, məxluqat içində digərlərinə nisbətən üstün və xüsusi etdiyi insana elə böyük nemət və lütf göstərib ki, bu lütf insanın yaradılışına uyğun hərəkət etməsini və bunun sayəsində digər heyvanlardan ayrılmasını təmin edən nemətidir. Bu nemət isə dindir.

Hazırda həyatda olan bizlər, kifayət qədər ömrümüz varsa, arxasına sığındığımız bəhanələri tərk edərək səmimi şəkildə Allahın razılığına uyğun bəndə ola bilərik. İnsan olaraq bu dünyadakı hər fürsətdən ən yaxşı şəkildə istifadə etməyə çalışırıq. Amma unuduruq ki, bizə verilən ən böyük fürsət səhvlərimizdən döndərək Allaha üz tutumaq, bu fürsəti qaçırmamaq və verilən ömür sərmayəsini heçə sərf edib, boş məşğuliyyət uğrunda xərcləməməkidir. Bizə bu dünyada istifadə üçün verilən nemətlərin, qazandıqlarımızın elə burada qalacağını unutmamalıyıq. Bizimlə qalacaq nemət isə axirət üçün topladıqlarımızdır.

Qurani-Kərimin "Bəqərə" surəsinin, 197-ci ayəsində də məhz belədeyilir: "...Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə təqvadır."

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah yağış yağacaq

20

May
13:41
ÖLKƏ
87

AFFA üç oyunçunu 1 illik diksvalifikasiya edib

20

May
13:37
BÖLMƏNİ DÜZ SEÇ!
57

Gənclər üçün yeni iş imkanı

20

May
13:18
ÖLKƏ
79

Azərbaycanda 22 nəfərə buynuz qişa köçürülüb

20

May
12:57
AİLƏ, SAĞLAMLIQ
65
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 16:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru