Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Dekabr

2018
10:05
780
Səudiyyə Ərəbistanı Kaşıkçının qatillərini verməyəcək-VİDEO

Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil Əl-Cübeyr Ankaranın ekstradisiya barədə sorğusuna baxmayaraq müxalif jurnalist Camal Kaşıkçını (Xaşuqi) qətlə yetirməkdə şübhəli bilinənələri verməyəcəklərini bildirib.

Nazir bildirib ki, rəsmi Ər-Riyad  həqiqəti öyrənmək  və heç nəyi gizlətməmə barədə qərar alıb.

FaktXeber.com-un «Xabar-24»ə istinadla məlumata görə, XİN rəhbəri bunu İstanbul Baş Prokuroru sabiq yüksək çinli səud məmurların həbsi barədə order aldıqdan sonra bəyan edib.

Xatırladaq ki, Səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı Səudiyyə Ərəbistanının iki yüksəkçinli dövlət rəsmisi barəsində həbs qərarı çıxıb. Məlumata görə, İstanbul Respublika Baş Prokurorluğu Səudiyyənin Kəşfiyyat İdarəsinin rəhbər müavini Əhməd Əsiri və şahzadə bin Salmanın keçmiş müşaviri Səud əl-Kəhtani barəsində həbs qərarı verib. 

Bildirilir ki, onlar oktyabrın 2-də Kaşıkçı qətlini planlaşdıranlar arasında olub.

Səud rejiminə və xüsusən vəliəhd şahzadə Bin Salmana qarşı müxalifliyi ilə bilinən Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbulldakı Baş konsulluğuna boşanma haqqında sənədlərini almaq üçün girib və bir daha çıxmayıb. Həmin vaxt onun nişanlısı binanın yaxınlığında 11 saat gözləyib. Konsulluq isə Kaşıkçının orda az müddət olduğunu bildirib.

KİV-də məlumat yayılmışdı ki, diplomatik missiyaya girməzdən əvvəl iPhone-nu nişanlısına verən Kaşıkçının, qolunda olan və telefonla sinxronlaşdırılmış Apple Watch saatı onun qətlinin səs yazısını qeydə alıb.

Oktyabrın 16-17-də Türkiyə hüquq mühafizə orqanları konsulluqda axtarış aparmış və Kaşıkçının ölümü ilə əlaqədar müəyyən dəlillər aşkarlamışdılar.

Əl-Cəzirə jurnalistin Baş Konsulluğa girdikdən 7 dəqiqə sonra öldürüldüyünü bildirib.

The New York Times yazmışdı ki, Türkiyə polisinin Kaşıkçının ölümündə şübhəli bildiyi şəxslərdən azı 5-i vəliəhd şahzadə Muhəmməd Bin Salmanla əlaqəlidir. ABŞ kəşfiyyatı hesab edir ki, jurnalistin itməsində onun əli var.

Oktyabrın 20-də Səudiyyə Ərəbistanı  jurnalist Camal Kaşıkçının  İstanbulda konsulluqda öldürüldüyü xəbərini təsdiqlədi. 

Qətərin "Al-Jazeera" telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşıkçının son sözlərini yayıb. Onun son sözlərini telekanala Türkiyənin "Daily Sabah" qəzetinin əməkdaşı Nazif Karaman deyib. Ərəb jurnalistin sözləri audioya yazılıb və bu, onun işgəncəyə məruz qaldığını təsdiq edir.

"Mən boğuluram…Bu torbanı başımdan çıxardın, mənim klaustrofobiyam var", - deyə o, son nəfəsində bildirib.

Karamanın sözlərinə görə, audioyazıda qətlin 7 dəqiqə davam etdiyi eşidilir. 

59 yaşlı Kaşıkçı Səudiyyə Ərəbistanı hökumətini, xüsusən də vəliəhd şahzadəni və ölkənin müdafiə nazirini sərt təqid edirdi. Onun Washington Post-da köşə yeri də var idi.

Jurnalist 2017-ci ildə bir neçə yaxın dostunun həbsindən sonra Səudiyyə Ərəbistanını tərk etmişdi.

Məqalədə : Kaşıkçı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
87

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
73

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
632
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 15:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru