Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2018
18:01
711
Ermənistanda parlament seçkiləri qanun pozuntuları ilə müşayiət olunur

Gərgin ictimai-siyasi mühitin hökm sürdüyü Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir.

Seçkiqabağı vəziyyəti nəzərə alaraq səsvermə zamanı qanun pozuntularının olacağını bəyan edən siyasi ekspertlərin, müxalifət partiyalarının nümayəndələrinin proqnozları özünü doğruldur. Artıq bir sıra qanun pozuntuları qeydə alınıb. Məsələn, Lori əyalətindəki 22/26 saylı seçki məntəqəsində bülletenlərin olmaması səbəbindən səsvermə dayandırılıb. Bundan əlavə, Razdan bölgəsindəki 26/14 saylı seçki məntəqəsində müşahidə kameralarının işləməməsi barədə məlumat daxil olub. Araratdakı 13/2 saylı məntəqədə isə nəzarətçi vəsiqəsi olmayan şəxs vətəndaşla birlikdə səsvermə kabinəsinə daxil olub. Bir çox məntəqələrdə müşahidəçilərin işinə maneəçilik törədilir. Bəzi məntəqələrdə Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” blokunun bülletenləri olmayıb. Bir sıra məntəqələrin qarşısında qanunla qadağan olunmasına baxmayaraq, təşviqat kampaniyasının aparıldığı aşkarlanıb. Sevan şəhərindəki 20/05, Vanadzordakı 23/54 və 23/53, Panikdəki 33/20 saylı məntəqələrdə təşviqat plakatlarının asılması faktları qeydə alınıb.

Ümumiyyətlə, ölkə üzrə seçicilərin passivliyi müşahidə olunur.

Siyasi ekspertlər Ermənistanda keçirilən bu seçkiləri Nikol Paşinyanın küçə demokratiyasından istifadə edərək diktatura qurmaq istəyinin rəsmiləşdirilməsi kimi dəyərləndirirlər.

Məqalədə : Ermənistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2494

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2314

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1762

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1491

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
450

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
235

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1185
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 22:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru