Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2018
13:21
717
Fransada etiraz aksiyasında 1726 nəfər saxlanılıb-VİDEO

Fransada şənbə günü keçirilən etiraz aksiyasında saxlanılanların sayı 1726 nəfərə çatıb. FaktXeber.com-un TASS-a istinadla verdiyi əmlumata görə, bu barədə ölkənin DİN rəhbəri Kristof Kastner xəbər verib.

Bildirilir ki, saxlanılan şəxslərin üzərinə baxış keçirərkən onlarda silahlar aşkarlanıb.

Qeyd edək ki, şənbə günü Fransada avtomobil yanacağın qiymətlərinin artmasına, vergilərin çoxalmasına və həyatın bahalaşmasına etiraz edən  «sarı jiletlilər» hərəkatının 4-cü genişmiqyaslı aksiyası keçirilib.

Paris, Lilli, Lion, Marsel, Nante, Tuluza və digər şəhərlərdə nümayişlər polislərlə toqquşmalarla nəticələnib.

Aksiyada iştirak edənlərin sayı 125 mini ötüb. Təkcə Parisdə azı 135 nəfər yaralanıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : sarı jiletlilər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2019 18:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com