Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2018
12:17
876
Ceyhun Hacıbəylinin varisləri Tarix Muzeyində və Qobustan Qoruğunda olublar

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıya səfərə gəlmiş varisləri Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli Milli Azərbaycan Tarixi Muzeyində olublar. Bu barədə FaktXeber/com-a Dövlət Komitəsindən məlumat verilib.

Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Azərbaycan tarixini ən qədim dövrlərdən bu günə qədər əks etdirən ekspozisiyaya baxıblar. Qonaqlar Azərbaycanın keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə edib və neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə tanış olublar. Məşhur xeyriyyəçinin ev mülkündə yerləşən muzey binasının tarixi və eksponatlar qonaqların marağına səbəb olub.

Daha sonra Hacıbəylilər Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət ediblər. Məlumat verilib ki, ərazidə daş dövründən orta əsrlərə qədərki həyat və məişəti əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələrini əcdadlarımız yaradıblar. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur. Qoruq ərazisində alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Qoruqda tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə də xüsusi önəm verilir.

Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan Qoruğu 2007-ci ildə UNESCO-nun Maddi-Mədəni İrs Siyahısına daxil edilib.

Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri ilə və tarixi eksponatlarla maraqlanıblar.

Məqalədə : Ceyhun Hacıbəyli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2501

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2329

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1767

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1494

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
452

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
239

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1186
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 23:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru