Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2018
11:31
Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edildi

Bakıda məktəblilərin qəzaya uğradığı avtobusun sürücüsü həbs edilib. 

Bunu  Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytetantı Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, 07.12.2018-ci il tarixdə səhər saat 08:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsinin ərazisində, qəsəbə sakini 1990-cı il təvəllüdlü Mübariz Kərimov idarə etdiyi “Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı, 8-i məktəbli olmaqla, ümumilikdə içərisində 10 nəfər sərnişinin olduğu mikroavtobusu hasara vurub.

Nəticədə, M.Kərimov və mikroavtobusda olan sərnişinlər - Hökməli və Sulutəpə qəsəbələrinin sakinləri 29 yaşlı Lumu Məmmədli, eləcə də 7, 10 və 14 yaşlı uşaqlar xəsarət alıblar. L.Məmmədlinin və bir azyaşlının vəziyyətləri orta ağır olduğundan onlar xəstəxanaya yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Hadisə nəticəsində vətəndaşa məxsus həyətyanı sahənin hasarının bir hissəsi uçulub.

M.Kərimov verdiyi ilkin ifadəsində yol-nəqliyyat hadisəsinin baş verdiyi gün sərnişinlərini orta məktəbə apararkən qəflətən qarşısına çıxan azyaşlını vurmamaq üçün nəqliyyat vasitəsini yolun hərəkət hissəsinin kənarına çəkdiyini, lakin bu zaman idarəetməni itirərək hasara çırpıldığını bildirib.

Lakin araşdırma zamanı müəyyən olunub ki, valideynlərlə aralarında əldə olunan şifahi razılaşmaya əsasən, M.Kərimov gündəlik olaraq qəsəbə sakinlərindən bir qrup məktəblini və onların valideyinlərini 217 nömrəli tam orta məktəbə aparıb-gətirirmiş.

Heç bir təhlükəsizlik tədbirləri görülməyən, müvafiq tanınma nişanı ilə təchiz edilməyən, əsasən qəsəbə və məhəllədaxili yollardan sürülən mikroavtobusla məktəbliləri daşıyan M.Kərimovun ümumiyyətlə sürücülük vəsiqəsi olmayıb.

Xüsusi texniki vasitələrlə qeydə alınan məlumatlara əsasən, “Mercedes 208” markalı 10-KL-578 dövlət qeydiyyat nişanlı mikroavtobusun respublika əhəmiyyətli avtomobil yollarında hərəkətdə olması aşkar edilməyib.

Mübariz Kərimov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

BDYPİ baş vermiş bu yol-nəqliyyat hadisəsinə diqqət cəkməklə bir daha xatırladır ki, özlərinin, övladlarının həyatını tanımadıqları, təsadüfü seçdikləri, təcrübəsiz insanlara, sürücülərə həvalə etməsinlər./Modern.az

Məqalədə : məktəb avtobus 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7756

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6544

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8157

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8034

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11712

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7792
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 04:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru