Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2018
10:40
1151
Ədəbi dilin televiziya və radiolarda bərbad hala salınması adiləşib

 "Ölkəmizdə mütəxəssislərin böyük əksəriyyəti etiraf edər ki, bu gün Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları da geniş yayılıb, dövlət orqanlarında, KİV və reklam işlərində ana dilindən istifadə sahəsində nöqsanlar var. Həmin nöqsanlar daha çox onunla xarakterikdir ki, müəyyən hallarda ədəbi dilin normalarına, leksik və qrammatik qaydalara əməl edilmir".

Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova "Xalq qəzeti"ndə dərc olunan məqaləsində deyib.

"Anoloji hallarda əksər vəziyyətlər zamanı keçərli tədbirlərin görülə bilməməsi də reallıqdır və bu reallıqların fakt olaraq ortadan qaldırılmaması isə nə gizlədək, problem kimi ortaya çıxan məsələlərə hüquqi yanaşma imkanlarının olmaması ilə izah edilə bilər. Düzdür, bu missiyanı həyata keçirmək üçün AMEA-da yaradılmış Monitorinq Mərkəzi müəyən cəhdlər göstərirdi və etiraf edək ki, bu göstəriciləri qənaətbəxş hesab etmək olmazdı. Təəssüf ki, ictimai məzəmmət heç də həmişə istənilən nəticəni vermir və oxşar situasiyalarda qanunun gücünə üz tutmaq lazım gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman bizə o imkanı verəcək", - deyə filologiya üzrə elmlər doktoru bildirib.

Professor bildirib ki, dilimizdə əcnəbi sözlərin (alınma sözlərin yox, məhz əcnəbi sözlərin) işlədilməsi də ciddi problemlərdən biridir. Professorun sözlərinə görə, bu prosesi tənzimləmək qaçılmaz sayılır:

"Qəbul edək ki, qloballaşan dünyada dilimizin leksikasında alınma sözlər olaraq bir sıra əcnəbi sözlərin pasport alması prosesinin nəinki qarşısını almaq, əksinə, dilimizin normalarını qorumaqla bu prosesi tənzimləmək qaçılmaz sayılır və bu, belə də olmalıdır. Elmi-texniki inkişafın nəticəsi kimi dilimizin leksik tərkibinə daxil olan belə sözlər gündəlik həyatımızın tərkib hissəsinə çevrilir və bu proseslərdən yayınmaq istəyinin özü belə normal sayıla bilməz. O da normal hal hesab olunmaz ki, bu, kor-koranə baş versin. Əlbəttə, dildə gedən və yaxud getməsi zəruri olan belə proseslər günümüzə qədər müxtəlif qurumlar tərəfindən sadəcə, seyr edilməyib. Həmin qurumların o proseslərə fəal müdaxiləsini görmək olur. Ümumiyyətlə, onu qeyd etmək yerinə düşür ki, bu istiqamətdə aparılan işlərin miqyası son illər intensivləşib".

Onun sözlərinə görə, bu intensivlik prosesində Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun fəal mövqeyini hiss edirik.

"Həmin qurumların təmsilçilərinin ölkəmizin dilçi alimləri və vətəndaş mövqeyi olan ziyalıların iştirakı ilə ən müxtəlif tədbirlərdə görmək olur. Bu, Azərbaycan dilinin dövlət dili statusunun tam təmin edilməsi, onun qorunması və zənginləşdirilməsi ilə bağlı kompleks məsələlərin nəzarətdə saxlanılması təşəbbüsü kimi diqqətçəkəndir", - deyə M.Hüseynova öz məqaləsində yazıb.

Kafedra müdiri bildirib ki, ədəbi dilin televiziya və radiolarda bərbad hala salınması adiləşib:  "Son illərdə ictimaiyyəti narahat edən başlıca məsələlərdən biri Azərbaycan ədəbi dilinin kütləvi informasiya vasitələrində, xüsusilə, televiziyalar və radiolarda, sözün birbaşa mənasında, bərbad hala salınması, az qala adiləşib".

Onun sözlərinə görə, dil təəssübü çəkən ziyalılarımızı narahat edən faktor təkcə həmin informasiya vasitələri üçün “sevimli və aktual olan” mövzular və onların təqdimat formaları deyil, bu mövzuları hansı şəkildə auditoriyaya çatdırılan Azərbaycan dilidir: "Maraqlı cəhət odur ki, həmin kontingent “təvazökarcasına” danışıq dilini, xalq dilini aktuallaşdırırıq – deyərək özlərinə bəraət də qazandırdıqlarının şahidi oluruq. Əlbəttə, bütün bunlar ictimaiyyətin və müvafiq qurumların fəal müqaviməti fonunda baş verənlərdir"./Report

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2493

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2314

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1762

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1491

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
450

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
235

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1185
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 22:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru