Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Dekabr

2018
10:10
937
Azərbaycan Premyer Liqasında cari ilin son tur oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun oyunları keçiriləcək. II dövrənin son tur qarşılaşmalarının hamısı eyni günə təyin olunub. Əvvəlcə debütant "Sabah" "Keşlə"ni qəbul edəcək. "Əlincə Arena"da təşkil olunacaq görüş keçmiş FIFA referisi Orxan Məmmədova həvalə olunub. Hazırda "Sabah" 17 xalla 4-cü, "Keşlə" 9 xalla sonuncu pillədə qərarlaşıb. Elşad Əhmədovun baş məşqçi olduğu komanda son 4 turda cəmi 1 xal qazana bilib. Onun rəqib həmkarı Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv isə son 2 turda uduzub. İlk dövrədə bu komandalar arasında keçirilmiş görüşdə "Sabah” səfərdə minimal hesabla qalib gəlib - 1:0. İndi isə debütant ilk dəfə rəqibini qəbul edəcək.

Digər görüş "Dalğa Arena"da "Zirə" və "Qarabağ" arasında təşkil olunacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Samir Abasovun baş məşqçi olduğu komanda ötən tur səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə edərək, sonuncu pillədən qurtulub. Hazırda qəsəbə təmsilçisi 10 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu isə son turlar qeyri-sabit çıxışına ötən tur "Keşlə"ni 5:1 hesabı ilə darmadağın etməklə son qoyub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 27 xalla 2-ci pillədə yer alıb.

"Zirə" və "Qarabağ" indiyədək 13 dəfə üz-üzə gəliblər. Bunların heç birində "qartallar" qələbə qazana bilməyib. "Köhlən atlar" isə 10 görüşdən qalib, 3-dən isə heç-heçə ilə ayrılıblar. Ağdamlılar son 4 qarşılaşmanı 3 xalla bitiriblər. İlk dövrədə bu komanda məhsuldar qələbəyə imza atıb - 3:2.

Daha bir matçda "Səbail" "Qəbələ"ni sınağa çəkəcək. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv hazırda 20 xalla 3-cü pillədə qərarlaşsa da, son 2 oyununda məğlubiyyətlə üzləşib. İkinci dövrədə nəticələrini nisbətən yaxınlaşdıran "Qəbələ" isə 16 xalla 5-cidir. Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə, 4-cü pilləyə yüksələ bilər. "Bayıl Arena"da keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.

Şəxsi oyunlara gəlincə, tərəflər 5 dəfə üz-üzə gəliblər. Bunların 1-də "Səbail", 3-də "Qəbələ" qalib gəlibsə, daha 1 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də əyalət təmsilçisi öndədir - 11:5. "Qəbələ” bütün matçlarda qol sevinci yaşayıb. Əvvəlki 5 oyunun hərəsində ən azı 2 qol qeydə alınıb. İlk dövrədəki görüşdə isə "qırmızı-qaralar" meydanı 3 cavabsız qolla tərk ediblər.

Nəhayət, turun son oyununda lider "Neftçi" "Sumqayıt"la qarşılaşacaq. "Bakcell Arena"da təşkil olunacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Flaqman 13 turdan sonra 32 xalla liderdir və ən yaxın izləyicisini 5 xal geridə qoyur. Ötən tur doğma meydana qayıdışını "Səbail" üzərində 1:0 hesablı qələbə ilə qeyd edən "gənclik şəhəri" təmsilçisi isə 14 xalla 6-cıdır. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv qələbə qazansa, hətta 4-cü pilləyə yüksələ bilər. İlk dövrədə "Sumqayıt" 0:2 hesabı ilə uduzub.

"Neftçi" və "Sumqayıt" indiyədək 25 dəfə görüşüb. Bunların 13-də paytaxt, 9-da "gənclik şəhəri" təmsilçisi qalib gəlibsə, 3 matçda heç-heçə qeydə alınıb. Topların nisbətində də "ağ-qaralar" öndədir - 41:30.

"Neftçi” son 9 ev oyununda qol sevinci yaşayıb. Son 4 qarşılaşmada qalib komanda 2 qol vurub.

Azərbaycan Premyer Liqası, XIV tur

9 dekabr (bazar)

16:00. "Sabah” – "Keşlə”

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Namiq Məstanov

"Əlincə Arena”

17:00. "Zirə” – "Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

"Dalğa Arena”

17:30. "Səbail” – "Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Kərim Ağayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

"Bayıl Arena”

19:30. "Neftçi” – "Sumqayıt”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

"Bakcell Arena”

Qeyd edək ki, turun "Səbail" - "Qəbələ" və "Neftçi" - "Sumqayıt" görüşləri "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
179

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
92

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
109

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
562

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
124

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
250

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
191

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1190
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 20:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru