Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
12:41
Makron hökuməti şagird və tələbələri diz çökdürdü -VİDEO
Fransada yeni etiraz dalğası: 700 şagird və tələbə saxlanılıb

Fransada etiraz aksiyalarında iştirak edən 700 şagird və tələbə saxlanılıb. FaktXeber.com-un Rossiya-24-ə istinadla verdiyi məlumata görə, bununla bağlı paylaşılan görüntülər böyük mübahisələrə səbəb olub.

Gənclər  200-dən artıq məktəbi bağlayıb, yüzlərlə  təhsil müəssisəsində dərsləri pozublar.

Ən güclü etiraz Nantedə olub. Aksiyaçılar maşınları çevirib, zibilləri yandırıb və polisə müqavimət göstəriblər. Onlar hökumətdən təhsil islahatlarını dayandırmağı, xüsusən imtahan qaydalarını dəyişməməyi tələb ediblər.

Qeyd edək ki, hökumət bundan əvvəl iqtisadi islahatlara görə etiraz edən «sarı jiletlilərə» güzəşt getmişdi. Hökumət yanacaq və elektrik enerjisinə vergi və tarifləri artırmayacaqları barədə vəd verib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Fransa tələbə etiraz 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 10:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com