Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
11:35
933
Xarici İşlər Nazirliyinin maliyyə fəaliyyətində nöqsanlar aşkarlanıb

Hesablama Palatası Xarici İşlər Nazirliyinin fəaliyyətini yoxlayaraq nöqsanlar aşkarlayıb. Məlum olub ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmayıb.

“FaktXəbər” bu barədə 1 yanvar 2016-cı il tarixindən 1 fevral 2018-ci il tarixinədək olan dövrdə Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, dövlət rüsumlarının hesablanması, dövlət büdcəsinə köçürülməsi və büdcədənkənar vəsaitlərin icrası ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesablama Palatasının təsdiqlədiyi hesabata istinadən xəbər verir.

Auditlə ümumilikdə 59 252,7 min manat vəsait əhatə olunub, xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin təqdim etdiyi illik maliyyə hesabatlarının təhlili aparılıb.

Auditlə əhatə olunan illərdə nazirliyin iki əməkdaşına əməyin ödənişi aparılarkən vergi güzəşti düzgün tətbiq edilməyib, məzuniyyətə çıxarkən bəzi əməkdaşların ümumi aylıq gəlirindən gəlir vergisi az tutulub, dövlət qulluqçularına ixtisas dərəcəsi və stajına görə əlavələrin hesablanılmasında nöqsanlara yol verilib, iki halda ezamiyyə xərci düzgün tətbiq edilməyib, yanacaq sərfi norması avtomobillərin texniki göstəricilərinə uyğun müəyyən edilməyib.

Dövlət rüsumlarının dövlət büdcəsinə köçürülməsi üzrə 2016-cı il ərzində bank xidmətləri xərcləri dövlət rüsumlarının tərkibindən tutulub, dövlət rüsumlarının tutulması haqqında hesabatlarda dövlət büdcəsinə hesablanmış dövlət rüsumlarının məbləği az göstərilib, iki səfirlik üzrə dövlət büdcəsinə köçürülməmiş dövlət rüsumu üzrə borc məbləği qalıb, bəzi hallarda dövlət rüsumları dövlət büdcəsinə gecikmə ilə köçürülüb.

Nazirlər Kabinetinin 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Viza blanklarının ciddi hesabat sənədi kimi uçotu və tətbiqi qaydaları”na və “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması qaydaları”na uyğun ciddi hesabat blanklarının uçotu aparılmayıb.

Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə 01.01.2018-ci il tarixə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmayıb, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar hesabı üzrə qalıq məbləğlərin bağlanması üçün müvafiq tədbirlər tam görülməyib.

Nazirlik tərəfindən auditdən sonrakı dövrdə təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə əksər debitor borcların bağlanılmasına nail olunub.

Hesablama Palatasının Kollegiyası nazirliyin yol verdiyi öqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsanların aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə qanunvericiklə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi, həyata keçirilmiş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə kollegiya qərarının surətini Xarici İşlər Nazirliyinə, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında ilin sonuna istifadə edilməyən qalıq vəsaitləri, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar üzrə məlumat Maliyyə Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
157

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
86

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
104

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
559

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
121

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
249

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
190

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1185
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 18:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru