Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Dekabr

2018
10:56
Pele Messiyə belə paxıllıq etdi

"Dünya futbolunun indiyə kimi ən yaxşı oyunçusu kimdir?" sualına dair yeni açıqlama səsləndirilib. Bu sahədəki ən yaxşı futbolçulardan biri kimi göstərilən Pele Messini qiymətləndirərkən, "yalnız bir istedadı var, o da qollarını sol ayağı ilə vurmasıdır", - deyib. O, özünün və Maradonanın Messidən daha yaxşı olduğuun söyləyib.

FaktXəbər-in məlumatına görə, "Barselona"nın ulduz futbolçusu barədə danışan braziliyalı, "onu Pele ilə necə müqayisə edirsiniz? Baş qolları, sol və sağ ayaq zərbələri olan birini, sadəcə bir ayağından istifadə edən futbolçu ilə necə müqayisə edirsiniz? Messinin yalnız bir istedadı var, baş zərbələri yoxdur", - deyə əlavə edib.

Özünü Messiden daha yaxşı kimi səciyyələndirən Pele, bəzi futbolçuların da argentinalı oyunçudan güclü olduğunu vurğulayaraq, Maradonanın da Messiden yaxşı olduğunu söyləyib: "Maradona ən yaxşı oyunçulardan biridir. Əgər, "Messidən daha yaxşıdır", - deyə sual edirsinizsə, bəli, daha yaxşıdıdır. Frans Bekkenbauer və İohan Kruyff da əla oyunçulardır."

Pelenin özünü və Maradonanı daha yaxşı kimi qiymətləndirməsinə baxmayaraq, Messi İspaniya Liqasında "Barselona" forması ilə 653 oyunda 567 qol vurub. Bu qollardan 79-u sağ ayaqla icra edilib. 

Pele karyerası ərzində 2 komandanın formasını geyinib. O, Braziliyanın "Santos" komandası ilə 638 oyuna 619 qol vurub. Daha sonra karyerasını başa vurduğu Nyu-Yorkun "Kosmos" komandasında 56 oyun keçirib və 31 qol vurub. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Messi Pele 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com