Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
14:40
Avtovağzalda “Şəbəkə” xidmət mərkəzi açıldı

6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti “Şəbəkə” xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir.  

Nazirliyin xidmətləri vahid məkanda təqdim olunacaq, bu isə vətəndaşlara xidmət səviyyəsini yüksəldəcək. 

“Şəbəkə” mərkəzlərində ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də, aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka, açıqca satışı, pulköçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “SmartPay” – ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Yeni açılan mərkəzdə, digər şəbəkələrdən fərqli olaraq, “Azercell Express” müştəri xidmətləri bölməsi də fəaliyyət göstərir. Burada “Azercell” abunəçiləri telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə əldə edə bilərlər.

Qeyd edək ki, yeni fəaliyyətə başlayan “Şəbəkə” xidmət mərkəzi sayca doqquzuncudur. Hazırda Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 72, Yasamal rayonu H.Cavid pospekti 19, məhəllə 520, eləcə də,  A.M.Şərifzadə küçəsi 124, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi  102, Binəqədi rayonu, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsi 22, eyni zamanda, Cəlilabad şəhəri, H.Əliyev prospekti 270, Zaqatala şəhəri, H.Əliyev prospekti 36,  Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında vətəndaşlara müasir standartlara cavab verən xidmətlər göstərilir. 

Bütün “Şəbəkə”lər fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda, şənbə və bazar, bayram  günləri də vətəndaşların xidmətindədir.  

“Şəbəkə” mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır. 

Qeyd edək ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Şəbəkə” layihəsinə 2017-ci ilin fevral ayından start verib. Cari ilin 11 ayı ərzində respublika üzrə fəaliyyət göstərən mövcud səkkiz “Şəbəkə” Xidmət Mərkəzinə 930 min nəfərə yaxın insan müraciət edib. Gələcəkdə ölkənin bütün böyük şəhər və rayonlarında, eyni zamanda, paytaxtda yeni mərkəzlərin açılması planlaşdırılır.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Avtovağzal 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 09:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com