Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
11:43
Azərbaycanın kəndlərində ünvan reyestri yaradılacaq

Əmək Məsələləri Dövlət Komitəsi (ƏMDK) Azərbaycanın kəndlərində ünvan reyestri yaratmağı planlaşdırır.

Bu barədə qurumun aparat rəhbəri Azər Bəşirov bildirib.

Sözügedən məsələnin komitə üçün prioritet olduğunu deyən A.Bəşirov ünvan reyestr xidmətinin yaradılması nəticəsində yerli icra hakimiyyəti orqanları ilə birlikdə 8 minə yaxın küçə və prospektə yeni adlar verildiyini qeyd edib.

“Bu işə başlayanda ölkədə bir çox küçə və prospektin adı yox idi. Azərbaycanda yeni salınan yaşayış massivlərində küçə və prospektlərə adların verilməsində iştirak etmişik. Bundan başqa, bir sıra küçələrin adları Azərbaycan mentalitetinə uyğun deyildi, yerli icra hakimiyyəti orqanları ilə birlikdə onların adlarını dəyişdirmişik. Yeni ünvan reyestr informasiya sisteminin yaradılması fövqəlada hallar və yaxud təcili yadım zamanı hadisə yerinə vaxtında çatmağa imkan verəcək”, - deyə o, qeyd edib. 

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com