Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Dekabr

2018
10:04
Türkiyə üçün lobbiçilik edən sabiq müşavirin sənədləri prokurorluğa göndərilib

Xüsusi prokuror  Robert  Müller Aleksandriya  Prokurorluğuna (Virciniya ştatı) ABŞ prezidenti Donald Trampın  Milli Təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Makyl Flinnin Türkiyənin  maraqlarına xidmət edən lobbiçilik fəaliyyəti barədə sənədlər təqdim edib. Prokurorluq sənədlərdəki informasiyalarla bağlı istintaqa başlayıb. FaktXeber.com-un məlumatına görə, bu barədə The New York Times xəbər verib.

Nəşr öz mənbəsinə istinadla bildirir ki, Aleksandriya prokurorluğu Flinnin lobbiçilik fəaliyyəti ilə bağlı ilkin araşdırma aparıb və yekun  hesabatı  Müllerə yollayıb. Müler də hesabata  ABŞ prezidenqtinin sabiq köməkçisinin öz ifadəsini əlavə edərək sənədləri Virciniyaya yollayıb.

Flinn prezidentin köməkçisi vəzifəsindən azad olduqdan sonra ABŞ Ədliyyə Nazirliyində xarici agent kimi qeydiyyatdan keçib və Ankaranın maraqlarını təmsil etdiyini bildirib. Onun Türkiyənin xeyrinə lobbiçilik fəaliyyəti göstərən Flynn Intel Group konsaltinq firması var.

The Wall Street Journal bundan əvvəl bildirmişdi ki, Flinn və oğlu Kiçik Maykl Flinnə FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə verilməsi müqabilində 15 milyon dollar vəd verilib.

Qeyd edək ki, Ankara 1999-cu ildən ABŞ-dan yaşayan və Türkiyədə «fətullahçıların terror təşkilatına» rəhbərlik edən Güləni bir neçə il öncə iyun ayında Türkiyədə çevriliş cəhdində ittiham edir.

Cari ilin noyabr ayında Tramp jurnalistlərə bəyan edib ki, hazırda Gülənin ABŞ-dan ekstradisiyası  məsələsinə baxılmır, ancaq sonra bu məsələyə qayıda bilərlər.

Müllerin Aparatı çərşənbə axşamı günü Kolumbiyanın paytaxt dairəsinə  Flinnə bağlı sənədlər təklif edib. Xüsusi Prokuror  məhkəmədən sabiq köməkçinin həbsə salınmasını istəməyib, bu işlə bağlı istintaqa kömək etməsini nəzərə alaraq onun üçün minimum cəza istəyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : FETÖ 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com