Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
14:06
BŞİH: Qış mövsümünə hazırlıqla bağlı məsələ ciddi nəzarətdədir

“Qış mövsümünə hazırlıqla bağlı məsələ ciddi nəzarətdədir”.

FaktXəbər-in məlumatına görə, bunu “Report”a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

O qeyd edib ki, hazırlıq işləri yekunlaşmaq üzrədir: “Qış mövsümünə hazırlıqla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, tədbirlər planı təsdiq olunub. Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvləri, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin qardan təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlara tapşırıqlar verilib. Şəhər və rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatlaın sərancamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb”.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Qış mövsümü 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 09:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com