Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
12:56
1462
Əgər öskürək əzabvericidirsə... - HƏKİM MƏSLƏHƏTİ

Öskürək tənəffüs orqanları xəstəliklərinin əlamətlərindən biridir. Onun yaranması tənəffüs yollarının və ağciyər toxumasının selikli qişalarının iltihabı nəticəsində, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşməsi ilə əlaqədar olur. Öskürək allergik mənşəli də ola bilər. Bəzən həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə də öskürək baş verir.

FaktXəbər bildirir ki, Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova bu barədə Azərtac-a müsahibəsində deyib: “Bəlğəmin gəlib-gəlməməsindən asılı olaraq öskürək nəmli və quru olur. Nəmli öskürəkdə bəlğəm ayrılır. Bu problemə bronxit, ağciyərin iltihabı və vərəm zamanı təsadüf edilir. Quru öskürək tənəffüs yolları xəstəlikləri, bronxların yad cisimlə qıcıqlanması nəticəsində və iltihabi xəstəliklərin başlanğıc mərhələsində meydana çıxır.

Öskürəyi aradan qaldırmaq və yüngülləşdirmək üçün öncə onu törədən əsas səbəbi müəyyən etmək və ona təsir göstərmək lazımdır. Nəmli öskürəyi adətən qatı bəlğəmi durulaşdıran və orqanizmdən xaric edən bəlğəmgətiricilər yüngülləşdirir”.

Həkim-pediatr bildirib: “Hər bir əlamət, o cümlədən öskürək orqanizmin müdafiə reaksiyasidir. Selikli qişaya virus düşəndə orqanizmin əsas reaksiyasi onu ordan uzaqlaşdırmaqdır. Məhz buna görə kəskin respirator virus infeksiyasına yoluxan xəstə asqırır, boğazi qıcıqlanır və öskürür. Belə olan halda öskürək əleyhinə dərmanlarla yox, xəstə orqanizmdən virusun çıxmasına səbəb olan vasitələrlə kömək etmək lazımdır. Məsələn, çoxlu maye içmək və tərlədici vasitələrdən istifadə etmək məsləhətdir.

Xəstəliyin başlanğıcında öskürək əleyhinə qəbul olunan dərmanlar onun gedişatını süni olaraq uzadır. Orqanizm ona daxil olan virusu selikli qişadan qovmaq istəyəndə isə ona kömək etmək lazımdır. Əgər öskürək əzabvericidirsə, onu yumşaldan vasitələr tətbiq edilməlidir. İki yaşına qədər uşaqda bəlğəmli öskürək olduqda bəlğəmgətirici preparatlar vermək qəti qadağandir. Belə ki, uşaq bəlğəmi xaric edə bilmədiyinə görə tənəffüs yolları bağlana bilər. Öskürəyi yüngülləşdirmək üçün həkimin təyinatı əsasında xardal kağızları, tibbi bankalar, sinəyə isti islatmalar və ayaqlara isti vanna tətbiq edilir”.

Məqalədə : öskürək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1327

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
164

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
119
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 02:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru