Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
10:28
Nazirdən açıqlama: Manatın möhkəmlənməsi Azərbaycana lazım deyil

Manatın məzənnəsinin kəskin möhkəmlənməsi, ilk növbədə, bizim istehsalçılarımıza mənfi təsir göstərir. Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “AZTV” telekanalının efirində deyib.

O bildirib ki, manatın məzənnəsinin yüksəlməsi istehsalla yanaşı ixraca da təsirsiz ötüşməyəcək:

"Manatın məzənnəsinin kəskin möhkəmlənməsi ixraca da mənfi təsir edir. Bu xaricdən idxalın artmasına səbəb olur. Bir sözlə, Azərbaycan cəlbedici ölkəyə çevrilir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. Hesab edirəm ki, son illər aparılan siyasət məhz makroiqtisadi balansın qorunub saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub"./Report

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Samir Şərifov 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-12-2018 21:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com