Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
10:26
Polislər hamilə qadını xilas etdi, doğulan uşağa onların adı qoyuldu - VİDEO

Avtoqəza zamanı həyəcandan doğum ağrıları başlayan hamilə qadına yol polisləri kömək ediblər. Yol patrul avtomobilinin müşayiəti ilə xəstəxanaya çatdırılan qadın, uşağı sağlam şəkildə dünyaya gətirib. Həkimlər hazırda oğlan uşağının vəziyyətinin yaxşı olduğunu bildiriblər.

Hadisə Mingəçevirdə baş verib.

Qəza baş verən ərazidə polis əməkdaşlarına yaxınlaşan iki qadın avtomobillərdən birində hamilə qadının olduğunu, onu təcili xəstəxanaya çatdırmalı olduqlarını bildiriblər və polislərdən kömək etmələrini istəyiblər. Şəhərin Nəriman Nərimanov və 20 Yanvar küçələrinin kəsişməsində yol qəzası zamanı minik avtomobilində olan Zərdab rayon sakini Aişə Heydərova Yol Patrul Xidmətinin əməkdaşlarının müşayəti ilə dərhal xəstəxanaya çatdırılıb.

Mingəçevir şəhər mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə yerləşdirilən 28 yaşlı Aişə Heydərova doğuşunu sağlam şəkildə gerçəkləşdirib. Qəza zamanı həyəcan keçirən qadının oğlu dünyaya gəlib.

Hazırda ana və oğlu həkim nəzarətindədir. Uşağa polislərin adı verildiyi bildirilir.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Polis 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com