Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
08:59
1059
Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloqun adını daşıyacaq

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.

Bu, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub.

Beş milyona yaxın rusiyalının iştirak etdiyi səsvermənin nəticələri dekabrın 4-də elan olunub. Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportu – Nijnivartovsk və Surqut hava limanları həmyerlimizin adını daşımaq uğrunda mübarizə aparırdı. Səsvermənin nəticələrinə görə, ən çox səsi Surqut aeroportu toplayıb. Nijnivartovsk hava limanı üçün ad seçimi layihənin ikinci turunda davam edəcək.

Sibir neftini kəşf etmiş geoloq Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olub. Onun adı Sibirin neft yataqlarını kəşf etmiş geoloq kimi tarixə düşüb.

Fərman Salmanov xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adına, Lenin və Qırmızı Əmək Bayrağı ordenlərinə, Rusiya Federasiyasının Əməkdar geoloqu və digər fəxri adlara layiq görülüb. O, Surqut şəhərinin və ABŞ-ın Texas ştatının fəxri vətəndaşı idi./Azərtac

Məqalədə : azərbaycanlı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
52

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
95

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
65

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
76

Sentyabrın 18-ə gözlənilən hava proqnozu

17

Sentyabr
13:02
ÖLKƏ
128

"Keşlə"nin bazasında oğurluq

17

Sentyabr
12:30
HÜQUQ,HADİSƏ
105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 17:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru