Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Dekabr

2018
08:51
1046
Samir Şərifov vergi məcəlləsinə görə xüsusi güzəştdən danışdı

“Hökumət öz qarşısına əhalinin güzəranına müsbət təsir edəcək bir neçə hədəf qoyub. Onların birincisi əməkhaqqı sisteminin şəffaflaşdırılması, leqallaşdırılmasıdır. Bu məqsədlə Vergi Məcəlləsinə inqilabi dəyişikliklər edilib”.

Bunu Azərbaycan maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, məcəlləyə edilən xüsusi güzəşt müvəqqəti xarakter daşıyır:

“Xüsusi güzəştə görə, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan və əməkhaqqıları 8 min manatdan yuxarı olmayan vətəndaşlarımız gəlir vergisi ödəməyəcək. Eyni zamanda Dövlət Sosial Müdafiə Fonduna (DSMF) da ayırmalar var. Amma məncə bunu vergi hesab etmək düzgün olmaz. Çünki pensiyaya çıxdıqda, o adam DSMF-dən pul almaq hüququ qazanır. Amma sahibkarlar-işəgötürənlər buna onlardan gedən pul kimi baxır. Onların ümumi ödəniş yükü 35% azaldılır. Hökumətin qənaətincə bu əməkhaqqıların gizlədilməsinin qarşısını alacaq. Ya Bəzi sahibkarlar bunu gizlətmək istəyir və işçilər də bunu başa düşməyəndə onlar aşağı məbləğdə maaş alırlar və pensiyaya çıxanda az pensiya alırlar. Biz istəyirik ki, onlar DSMF-yə layiqli ödənişlər etsinlər və yüksək pensiya alsınlar”./Report

Məqalədə : Samir Şərifov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Solaxaylıq nə vaxtdan başlayır?

26

May
11:46
AİLƏ, SAĞLAMLIQ
85

42 yaşlı Nardaran sakini itkin düşdü

26

May
11:15
HÜQUQ,HADİSƏ
73

Azərbaycan nefti cüzi bahalaşıb

25

May
12:02
İQTİSADİYYAT
632

Bakıda Qədr gecəsi - FOTO

25

May
11:11
RAMAZAN AYI
1721
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2019 15:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru