Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2018
16:50
1138
Elşad İskəndərov XİN-in Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunub

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bu gün İƏT-in Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə FaktXəbər-ə İƏT-in Gənclər Forumunun Bakı ofisindən bildirilib.

Görüşdə E. İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən İƏT Baş Katibi həmçinin İƏT Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə Azərbaycanlı diplomata İƏT adından təşəkkürünü bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunması münasibətilə Elşad İskəndərovu təbrik edən Baş Katib Əl-Useymin, bunu Azərbaycanın İƏT və İƏT qurumları ilə əməkdaşlığına verdiyi yüksək qiymət kimi qiymətləndirib. Azərbaycanın İƏT üçün vacib ölkə olduğunu qeyd edən İƏT Baş Katibi, İƏT Gənclər Forumunun təşkilatın Məşvərət Şurasına yaxın 2 ildə azərbaycanlı diplomatın sədrlik edəcəyi haqqında qərarını məmnunluqla qarşıladığını və hər iki sahədə onunla əməkdaşlığa hazır olduqlarını bildirib.

Qeyd edək ki, 22-24 oktyabr 2018-ci ildə İƏT Gənclər Forumunun İstanbulda keçirilən 3-cü Baş Assambleyasında səlahiyyət müddəti başa çatan səfir Elşad İskəndərov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə Səfiri vəzifəsinə təyin olunub. Eyni zamanda E.İskəndərov Baş Assambleyanın qərarına əsasən qurumun İƏT üzv ölkləri hökümətləri ilə fəaliyyətlərini əlaqələndirəcək Məşvərət Şurasının sədri vəzifəsinə də təyin edilib.

Məqalədə : Elşad İskəndərov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
153

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
85

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
103

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
557

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
120

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
249

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
189

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1184
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 18:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru