Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2018
14:48
1114
Ceyhun Hacıbəylinin gəlini və nəvəsi Bakıya gəlir

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirləri davam etdirir. Bunun tərkib hissəsi olaraq Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olmuş görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin Parisdə yaşayan gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəyli Azərbaycana gəlir.

Bu barədə Faktxeber.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan səfər çərçivəsində qonaqlar Şəhidlər Xiyabanını ziyarət edəcək, muzeylərdə olacaq, Dövlət Komitəsində, ADA Universitetində və digər qurumlarda görüşlər keçirəcəklər.

Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli dekabrın 4-dən 9-dək Bakıda olacaqlar.

Ceyhun Hacıbəylinin əslən Fransadan olan gəlini Paskal Buşe (Timurçin Hacıbəylinin həyat yoldaşı) Sarbonna Universitetinin məzunudur. O, Avropa Sosial Fondunda inzibati və maliyyə administratoru işləyir. İxtisasca riyaziyyatçı olan Benjamin Hacıbəyli isə Fransanın İqtisadiyyat Nazirliyinin əməkdaşıdır.

1993-cü ildə həyat yoldaşı Timuçin bəy vəfat etdikdən sonra Paskal Hacıbəyli Buşe Hacıbəylilər ailəsinin tarixini oğlu Benjamin üçün qoruyub saxlayıb. O,  azərbaycanlılara Parisdə Ticarət Palatası yaratmaqda kömək edərək, burada ictimaiyyətlə əlaqələr üzrə müşavir işləyib.  Onlar axırıncı dəfə 2006-cı ildə Bakıda olublar.

Xatırladaq ki, vətən və millət qarşısında böyük xidmətləri olan Ceyhun Hacıbəyli 1891-ci ildə Şuşada doğulub, Bakıda təhsil alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışıb.  Sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib. 1920-ci il aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacir həyatı yaşayıb.

1962-ci ildə vəfat edən Ceyhun Hacıbəyli Parisin Sen-klu məzarlığında dəfn edilib. Onun Ceyhun və Timurçin adlı 2 övladı olub.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər çərçivəsində 37 ölkədən 140 gəncin iştirakı ilə “Diaspor Gənclərinin I Yay Düşərgəsi” keçirilib.

Məqalədə : Ceyhun Hacıbəyli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha dolu və leysan proqnozu verildi

21

Aprel
13:57
ÖLKƏ
149

Fransada Azərbaycan məktəbi açılıb

21

Aprel
13:20
ELM / TƏHSİL
83

Rusiya daha 49 il Suriyada qalacaq

21

Aprel
10:37
HƏRB
102

AİP Azərbaycan xalqını təbrik edib

21

Aprel
10:20
MƏNƏVİYYAT
556

Binəqədidə avtobus qəzası: 5 yaralı var

21

Aprel
10:16
HÜQUQ,HADİSƏ
119

Sabahın hava proqnozu açıqlanıb

20

Aprel
14:13
ÖLKƏ
248

FHN Müdafiə Nazirliyindən kömək istəyib

20

Aprel
12:10
HÜQUQ,HADİSƏ
189

Trampın reytinqi düşməkdə davam edir

20

Aprel
11:38
DÜNYA
1183
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2019 18:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru