Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2018
14:14
Ermənistanın `Su-25` təyyarəsi qəzaya uğrayıb: iki pilot ölüb

Ermənistanın Müdafiə Nazirliyi təlim uçuşu keçirən ölkənin "Su-25" təyyarələri ilə rabitənin itdiyini elan edib. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Dekabrın 4-də təxminən saat 10.20-də (09:20 Moskva vaxtı) gündəlik döyüş təlim planına əsasən təlim uçuşu keçirən Ermənistan Silahlı Qüvvələrinin "Su-25" hərbi təyyarəsi ilə ünsiyyət qurmaq mümkün olmayıb",-deyə məlumatda qeyd olunur.

Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itən döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır.

Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Su-25 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com