Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2018
12:54
Bakıda universitet tələbəsi küçədə bıçaqlandı

Bakıda universitet tələbəsi küçədə bıçaqlanıb. Hadisə Səbail rayonu ərazisində, Sahil bağında baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, 1996-cı il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən Trend-ə verilən məlumata görə, Y.Nəbizadənin vəziyyəti orta ağır olaraq qalır:

"O, belin və sol döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə daxil olub. Zəruri tibbi yardım edilib, vəziyyəti orta ağırdır. Hazırda palata şəraitində müalicəsi davam edir".

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : bıçaqlanma 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 01:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com