Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2018
12:17
“Google” şirkəti “Hangouts”un fəaliyyətini dayandıracaq

ABŞ-ın “Google” şirkətində “Hangouts” messencerinin hazırlanmasına nəzarət edən Skott Conston “9to5Google” nəşrinə deyib ki, “Google” şirkəti adıçəkilən messencerin fəaliyyətini dayandırmağa hazırlaşır.

Conston qeyd edib ki, sözügedən xidmət tədricən bağlanacaq, istifadəçilər isə “Hangouts Chat” və ya “Hangouts Meet” xidmətlərinə daşınılacaq.

Bundan başqa, “Google”un nümayəndəsi məlumat verib ki, “Hangouts” messencerinin bağlanması şirkətin bu xidmətin əsas funksiyalarının (videozənglər və çatlar) dəstəyindən imtina edəcəyi anlamına gəlmir.

“The Verge” portalının məlumatına görə, “Google” 2020-ci ilədək messencerin fəaliyyətini dayandıra bilər, bundan sonra “Hangouts” messenceri “G Suite” bulud platforması çərçivəsində korporativ messencer formatında inkişaf etdiriləcək.

2019-cu ildə “Google” şirkəti “Hangouts”da yeni istifadəçilərin qeydiyyat imkanını deaktiv edəcək, yalnız mövcud hesab sahibləri bu proqramdan istifadə edə biləcəklər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Hangouts 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 22:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com