Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2018
10:21
Ukrayna ombudsmanının efirdə ürəyi getdi-VİDEO

Ukraynanın insan haqları üzrə səlahiyyətli nümayəndəsi  Lüdmila Denisova prezident Petr Poroşenkonun çıxışı zamanı huşunu itirib. FaktXeber.com-un Vesti-yə istinadla verdiyi məlumata görə, hadisə telekanalların birində Kerç körfəzi ilə bağlı hadisənin müzakirəsi zamanı baş verib.

Həkimlər Denisovaya ilkin tibbi yardımı göstəriblər. Poroşenkonun özünün sözlərinə görə, ombudsmanın ürəyinin getməsinə səbəb ukraynalı hərbçilərin azad edilməsi üçün gündə 20 saat işləməsi olub.

Xatırladaq ki, noyabrın 25-də Ukrayna HDQ-nin 3 gəmisi - "Berdyansk", "Nikopol" və "Yanı Kapu" Rusiyanın dövlət sərhədlərini pozaraq RF-nin ərazi sularının müvəqqəti qapalı sularına daxil olmuş və Qara dənizdən Kerç boğazına doğru hərəkət etmişdilər. Onlar təhlükəli manevrlər edərək Rusiya hökumətinin qanuni tələblərinə boyun əyməmiş və saxlanılmışdılar.

Ukraynanın Ali Radası Kerç boğazında baş verən insidentlə bağlı ölkədə hərbi vəziyyətinelan olunmasını təsdiqləyib. Hərbi vəziyyət 28 noyabr tarixindən 30 gün müddəti ərzində qüvvədə olacaq.

Vladimir Putin Kerç boğazında baş verənləri aşağı reytinqə malik Pyotr Poroşenkonun seçkiqabağı provokasiyası adlandırıb.

Qeyd edək ki, heyət üzvləri olan ukraynanın 24 vətəndaşı yanvarın 25-nə kimi həbs olunublar. Onlar Simferopoldan  Moskva təcridxanasına gətirilib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Kerç böhranı 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 22:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com