Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Dekabr

2018
09:13
Luka Modriç `Qızıl top`un sahibi oldu

Bu gecə "France Football" jurnalı tərəfindən dünyada ən yaxşı futbolçuya verilən "Qızıl top" mükafatının sahibi müəyyənləşib. Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriç “Qızıl top”un sahibi olub. Səsvermədə  Kriştiano Ronaldo (Portuqaliya, "Real"/"Yuventus") ikinci, Antuan Qrizmann ("Atletiko", Fransa) üçüncü olub. Kilian Mbappe (Fransa, PSJ) dördüncü, Lionel Messi (Argentina, "Barselona) beşinci pillədə yer alıb.  Beləliklə, karyerasında ilk dəfə bu mükafatı qazanan L.Modriç 2008-ci ildən bəri davam edən Messi – Ronaldo hegemoniyasına da son qoyub.

L.Modriç 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının son qalibidir.

Mərasimdə həmçinin, ilin ən yaxşı gənc futbolçusunun da adı bəlli olub. Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe bu ada layiq görülüb.

Qeyd edək ki,"Qızıl top" mükafatını ötən il K.Ronaldo qazanmışdı.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Modriç 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 23:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com