Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Dekabr

2018
16:14
Binəqədi İcra Hakimiyyətində şöbə müdirləri dəyişdi - ƏMR

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) İctimai-siyasi və humanitar məsələlər şöbəsinə yeni müdir təyin olunub.

RİH-dən Faktxeber.com-a verilən məlumata görə, icra başçısı Elxan Allahverdiyevin əmri ilə Nicat Elman oğlu Allahverdiyev İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

N.Allahverdiyev bu vəzifəyə qədər Binəqədi RİH-nin İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsində çalışıb.

İcra başçısının digər əmri iləAynur Hüseyn qızıQuliyeva İnformasiya təminatı və təhlil sektorunun müdiri təyin olunub.

A.Quliyeva isə buna qədər Binəqədi RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində dəftərxana işinin aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Xatırladaq ki, sabiq icra başçısı Xaləddin İsgəndərovun 2015-ci ilin oktyabr ayında  Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müdir vəzifəsinə təyin etdiyi Elman Dadaşovu bu ilin noyabr ayında yeni icra başçısı Elxan Allahverdiyev işdən azad edib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2018 22:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com